Prezidentlərin Tehran görüşünün vaxtı məlum oldu — YENİLƏNİB

Prezidentlərin Tehran görüşünün vaxtı məlum oldu — YENİLƏNİB
Rusiya, Azərbaycan və İran prezidentləri Vladimir Putin, İlham Əliyev və Həsən Ruhani arasında keçiriləcək üçtərəfli görüşün tarixi bəlli olub.

7news.Az xəbər verir ki, İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məmmədrza Nəcəfi APA-ya bildirib ki, görüş bu il noyabrın 1-də Tehranda baş tutacaq. 
 
M. Nəcəfi bildirib ki, görüşdə ölkələr arasında regional əməkdaşlığa dair məsələlər müzakirə ediləcək.
 
Prezidentlərin ikitərəfli görüşləri də nəzərdə tutulur.

***
Rusiya, Azərbaycan və İran prezidentləri Vladimir Putin, İlham Əliyev və Həsən Ruhani arasında Tehranda görüş bu ilin sonuna kimi keçiriləcək.

Bu barədə Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov məlumat verib.

O bildirib ki, hazırda Rusiya prezidentinin İrana səfəri üzərində iş gedir.
 
7news.Az

 

Xəbər lenti