XƏBƏR AXIŞI

ZAQATALADA AĞIR QƏZA: AILƏNIN DÖRD ÜZVÜ YARALANIB

  • 75 nəfər oxuyub

Zaqatala rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, bir ailənin dörd üzvü yaralanıb.

Hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "KamAz” markalı yük maşını ilə "Mercedes” markalı minik avtomobili toqquşub. Nəticədə "Mercedes”in sürücüsü, 1949-cu il təvəllüdlü Adil Hacıməmməd oğlu Vəliyev və onun sərnişinləri - 1953-cü il təvəllüdlü Ramazan Ərəb oğlu Balayev, 1981-ci il təvəllüdlü Gülpəri Ramazan qızı Balayeva və 2016-cı il təvəllüdlü Əsrəd Ramil qızı Vəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb./report

7news.Az