XƏBƏR AXIŞI

Yoxa çıxan Təranə ilə bağlı yeni faktlar — POLİSLƏR MEŞƏDƏ TAPIBLAR

  • 308 nəfər oxuyub

Lənkəranda bacısının qətlində şübhəli bilinərək tutulan, əməli sübuta yetirilmədiyi üçün sonradan sərbəst buraxılan Fuad Ağayev yenidən Xoşqədəm Hidayətqızının verilişinə çıxıb.

Tutulmamışdan əvvəl də telekanala müraciət edən F.Ağayev bacısı Nazəndə ilə birgə verilişə gəlib. Burada məlum olub ki, 2012-ci ildə Təranə Ağayeva itkin düşməzdən 2 ay əvvəl evdən qaçıbmış. Daha sonra isə o, birlikdə qaçdığı oğlanın onu yarı yolda atması səbəbindən evə qaytarılıb. Polislər gecə saatlarında gənc qızı meşəlikdən tapıb bölməyə gətiriblər və daha sonra o, ailəsinə təhvil verilib. Hadisədən bir müddət sonra isə T.Ağayeva yoxa çıxıb.

F.Ağayev bildirib ki, bacısı qeyri-sağlam həyat tərzi sürən şəxslərlə münasibətdə olub və onlar Təranəni yoldan çıxarıb.

Hazırda T.Ağayevanın ölüsündən ya dirisindən xəbər yoxdur./lent.az

 

7news.Az