Yol polisi parkomat olan küçədən avtomobilləri daşıyır – FOTO

Yol polisi parkomat olan küçədən avtomobilləri daşıyır – FOTO

Son zamanlar Baş Dövlət Yol Polisi İdarəsinin "Siqnal İli" idarəsinin hətta yaşayış binalarının qarşısında belə vətəndaşların avtomobillərini aparması ilə bağlı narazılıqlar artmağa başlayıb. Azərbaycanda yol polisi ilə bağlı əsas narazılıqlar "Siqnal İli” idarəsinin fəaliyyəti ilə bağlıdır.

7news.Az Gununsesi.info-ya istinadən xəbər verir ki, Bakının Yasamal rayonunda Həsən Bəy Zərdabi küçəsində parkomant aparatı quraşdırıldığından sürücülər rahatlıqla avtomobillərini burada park edir. Ancaq geriyə dönəndə isə avtomobillərinin DYP tərəfindən aparılmasının şahidi olur. 

Qeyd edək ki, yaxınlıqda klinika yerləşən bu küçədə avtomobil park edənlərin əksəriyyəti  bu klinikaya xəstə gətirənlərdir.

Avtomobili aparılan Vüqar adlı sürücü bildirib ki, xəstə anasını klinikaya müayinəyə gətirən sürücü geriyə dönəndə avtomobilinin aparıldığının  şahidi olub. 

Xatırladaq ki, paytaxt ərazisində ümumilikdə 500-ə yaxın parkomat qurulub. Həmin parkomatlara nəzarəti Bakı meriyasının müvafiq strukturu olan Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi (XTAİ) həyata keçirir.

 

7news.Az

Xəbər lenti