XƏBƏR AXIŞI

"WhatsApp"dan bir pis, iki yaxşı xəbər: bu gündən etibarən... - FOTO

  • 440 nəfər oxuyub

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi olan "WhatsApp"dan bir pis, iki yaxşı xəbər var.

7News.az bildirir ki, Türkiyənin "Sabah" qəzetinin yazdığına görə, "WhatsApp" bu gündən etibarən "iPhone 3GS"-də, "Windows Phone 7" mobil qurğularında və 2.1 və 2.2 versiyaları üzrə "Android" əməliyyat sistemlərindən istifadə edən telefonlarda işləməyəcək.

Bundan əlavə, "WhatsApp"a iki maraqlı yenilik edilib. Bunlardan biri, şəkillərin göndərilməsi zamanı qoyulan limitlə bağlıdır. Belə ki, artıq istifadəçilər bir-birlərinə 30 şəkli eyni anda işarələyib göndərə biləcəklər (Əvvəllər 10 dənədən artıq şəkil göndərmək mümkün deyildi).

İkinci yenilik isə İnstaqram-da olan "Store" özəlliyinə bənzəyir. Belə ki, artıq "WhatsApp"da da buna bənzər funksiya olacaq və yüklənən şəkillər İnstaqram və Facebook-dan fərqli olaraq 24 saatdan sonra silinməyəcək.//milli.az

7News.az