XƏBƏR AXIŞI

Vüsal Quliyev Binəqədi gənclərini mükafatlandırdı

  • 374 nəfər oxuyub

"İrəli” İctimai Birliyinin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşdırdığı "Azərbaycanın İntellektual BİRincisi” layihəsinin final mərhələsi başa çatıb.

Finalda "Axtar tap" ("Kod da vinci") oyunu üzrə Binəqədi rayonunun komandası Respublika Çempionu adına layiq görüldü.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev qalib komandanı təbrik edərək, kubok və medalları gənclərə təqdim etdi.

Qeyd edək ki, "Azərbaycanın İntellektual BİRincisi” layihəsində 10 regionu, 66 rayonu təmsil edən 1109 gənc iştirak edib. Layihə çərçivəsində İsmayıllı, Sabirabad, Şəki, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəmkir, Quba, Tərtər rayonlarının gənc intellektualları region turnirlərində, eyni zamanda, Bakının 11 rayonunun gəncləri "Xəmsə”, "Nə?, Harada?, Nə zaman?”, "Axtar tap”, "Vətəni tanı” intellektual oyunları üzrə yarışaraq layihənin final mərhələsinə vəsiqə qazanmışdırlar.

 

7news.Az