RU
Vüsal Məmmədov: Yaş artdıqca çox şeyə dözümlü olursan
12:54
4326

Vüsal Məmmədov: Yaş artdıqca çox şeyə dözümlü olursan

Telejurnalist, Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov AzNews.az-a müsahibə verib.

7news.Az xəbər verir ki, Vüsal Məmmədov müsahibəsində müxalifətin porno videolarını səsləndirməsinə də münasibət bildirib:

– Adın bir şeydə çox hallanır. Səni “porno videoları efirə verən jurnalist” kimi tanıyırlar. 
– Düzgün deyil, əlbəttə... 

– Bəs niyə sən? 
– O videoların çəkilməsində təbii ki, mənim nəinki hansısa şəkildə iştirakım, rolum, heç xəbərim də olmayıb. Buna görə məni söyənlər özləri həmin videoları telefonlarında saxlayıb, ona-buna göstərirdilər. Mənim isə rolum olanda da, mətn yazmaqla məhdudlaşıb. Bu da bir Azər Əhmədovun qohumu olduğu deyilən qızla videosu yayılanda olmuşdu, bir də Natiq Ədilov oteldə olanda.

– “Porno videoları” efirə verməklə bağlı sifariş gələndə, heç etiraz eləmədinmi?
– Elədim. O vaxt – haradasa 10 il olar da, yəqin,– redaktoruma dedim ki, buna ehtiyac yoxdur, mənasız şeydir. Dedilər, yox, eləmək lazımdır. Lazımdırsa, deməli, lazımdır. Mən komanda oyunçusuyam. Olduğum komanda nəyi lazım bilirsə, onu da edəcəyəm, qurtardı getdi. Bilirdim ki, buna görə mənə çox zərbələr dəyəcək. Amma fərdin düşüncəsi və ya mənafeyi komandanınkından yüksək ola bilməz.

– “Komanda” deyəndə nəyi nəzərdə tutursan? 
– Konkret bu söhbətdə “Lider”in komandasını nəzərdə tuturam.

– Şəxs olaraq, Vüsal Məmmədov olaraq, o videoların çəkilməyini düzgün sayırsanmı? Özünlə təkbətək qalanda bu barədə nə fikirləşirsən?
– Şəxs olaraq düzgün saymıram. Amma elə məsələlər var ki, sənin fikrini aşır. Bəzən sənə elə gəlir ki, düzgün variant “A”dır, amma səndən daha informasiyalı və təcrübəli yoldaş var, o deyir ki, yox, düzgün variant “B”-dir. Deməli, “B” olmalıdır, bu məqamda Spinozalıq eləmək, özünü mütəfəkkir göstərmək lazım deyil. Sabah yenə mənə desələr ki, bunu etmək lazımdır, edərəm. Təbii, özümə qətiyyən xoş deyil, mənə heç maraqlı da deyil, amma sən, məsələn, snaypersənsə, işin deyilən hədəfi vurmaqdır. O anda səndən “Qabusnamə”nin etik-didaktik etüdlərinin təhlili tələb olunmur, atəş açmaq tələb olunur.

Mənim bəzən adım hallandırılan Xədicə İsmayılın videosundan, ümumiyyətlə, xəbərim də olmayıb. Hamı kimi internetdə görmüşəm, heç baxa da bilməmişəm, ürəyim bulanıb.

– O videoların zərbələrini çoxmu gördün? 
– Bəli, şəxsən mənim əleyhimə həddindən artıq çox işlədi. Bu günə kimi bəziləri dəxili oldu-olmadı, söhbətə dürtürlər. Natiq Ədilov indiyə kimi kin saxlayır, məni düşmən sayırlar.

– Onları doğrudan, anlamırsan?
– Haradasa anlayıram.

– Vüsal bəy, sənin özünün belə videonu çəkib yaysalar, hansı hissləri keçirərsən? 
– Əvvəllər olsaydı, yəni 25-30 yaşım olsaydı, bəlkə də ölüb yerə girərdim. Amma yaş artdıqca çox şeyə dözümlü olursan. Mən əvvəl dözə bilməyəcəyim çox şeyə indi daha möhkəm yanaşıram. Amma bir məsələ də var: mən o cür vəziyyətlərdə olmuram ki, pornovideomu da çəksinlər...

– Necə yəni? Anlamadım... 
– Yəni mən maraqlı porno videolara süjet olacaq işlərdən uzağam. Hərçənd, təsəvvür eləyirəm, qarşı tərəf üçün necə bir revanş olardı: “Baş redaktorun porno videosu yayıldı”. Bəh-Bəh!.. (gülür)

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ