XƏBƏR AXIŞI

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu Ermənistanın ikiüzlü siyasəti tənqid etdi

  • 30 nəfər oxuyub

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu İdarə Heyətinin növbəti iclasında BMT Baş Assambleyasının Sosial-humanitar və mədəni məsələlər üzrə Üçüncü Komitəsində səsverməyə çıxarılan Krımla bağlı qətnamə müzakirə edilib. UABD-dən Azadinform-a bildirilib ki, müzakirələrdə Ermənistanın ikiüzlü siyasəti kəskin tənqid edilib. Vurğulanıb ki, Ermənistanın apardığı siyasət keçmiş Sovet respublikaları arasında ayrı-seçkilik yaratmaq məqsədi güdür, Azərbaycan, Ukrayna, Gürcüstan və digər ölkələrin ərazi bütövlüyünün pozulmasına yönəlib.  

Məlumatda bildirilir ki, 2016-cı il noyabrın 11-də Ukrayna və Ermənistan prezidentləri - Pyotr Poroşenko və Serj Sarkisyan arasında keçirilən telefon danışığında iki dost ölkə arasında dialoq prosesi başlanıb. Danışıqlar zamanı ölkələrin əməkdaşlıq edə biləcəyi məsələlər müzakirə edilib. İqtisadi potensialın genişləndirilməsi, eləcə də tərəfləri qane edəcək hərəkət fəaliyyət vektorunun gücləndirilməsi qərara alınıb. Dövlət başçıları həmçinin BMT-nin Krım üzrə qətnaməsinin dəstəklənməsi məsələsini müzakirə ediblər. Ermənistan prezidenti ukraynalı həmkarına bununla bağlı dəstəyini ifadə edib və onu əmin edib ki, erməni xalqı Ukraynanı dəstəkləyir və qardaş xalqa kömək edəcək. 

2016-cı il noyabrın 15-də, BMT Baş Assambleyasının Sosial-humanitar və mədəni məsələlər üzrə Üçüncü Komitəsində Krımla bağlı qətnamə səsverməyə çıxarılıb. Qətnamənin əsas bəndi Krımda insan haqları sayəsində vəziyyətin nizamlanması öz əksini tapıb. Qətnamə layihəsi BMT Baş Assambleyasında müzakirəyə çıxarılıb və onun lehinə 73 dövlət səs verib, 76 dövlət isə bitərəf qalıb. 23 dövlət isə onun əleyhinə çıxış edib. Qətnamənin lehinə səs verən 73 dövlət araında Ermənistanın da adı var. 

Göründüyü kimi, Ermənistan tərəfi Krım məsələsində Ukraynanı dəstəklədiyini bildirsə də, iki ölkə arasında əldə olan razılaşmanı kobud şəkildə pozub. Krımın işğalı ilə yanaşı, Ermənistan Gürcüstanın və Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğalını da dəstəklədiyini bildirib.