Türkiyəli şəhidin son vəsiyyəti — Yoldaşımın gəlinliyini məzarıma sərin - FOTOLAR

Türkiyəli şəhidin son vəsiyyəti — Yoldaşımın gəlinliyini məzarıma sərin - FOTOLAR
Türkiyədə ürəkləri dağlayan hadisə baş verib.

Cəmi 8 gün evli olan və Zapda şəhid olan əsgərin son vəsiyyəti yerinə yetirilib. Şəhidin məzarına çox sevdiyi həyat yoldaşının ağ gəlinliyi sərilib.

Şəhid İlhan Sezer yoldaşı ilə son danışığında "Əgər şəhid olsam, gəlinlik paltarını məzarıma ört"-deyib. Şəhidin məzarına sərilən paltar Türkiyəni göz yaşlarına boğub.
Şimali İraqın Zap bölgəsində 16 oktyabrda şəhid olan 26 yaşlı hərbçi 8 oktyabr tarixində Bolu rayonunda Derya Sezer ilə evlənib. 9 günlük toy məzuniyyətinin başa çatmasına 2 gün qalmış orduya çağırılıb. Hərbçi Çukurcaya, oradan da Zap bölgəsinə keçib. Silahlı toqquşmada isə şəhid olub./olke.az
 
7news.Az

Xəbər lenti

Krasnoselsk, rayonu', ), ), ); ?>