Türkiyədə 2 azərbaycanlı “Range Rover” oğurladı

Türkiyədə 2 azərbaycanlı “Range Rover” oğurladı

Türkiyədə 2 azərbaycanlı ağlasığmaz oğurluq üsuluna əl atıb.

Maşın oğuruluğu edən azərbaycalılar- H.İ. və A.K. Suriya sərhəddində götürdükləri maşını başqasının vasitəsilə cəlb ediblər. 

Hadisə avtomobil kirayəsi ilə məşğul olan şəxsin şikayəti zamanı üzə çıxıb. Firma sahibi polisə müraciət edərək 52 yaşlı A.Y-nin "Range Rover” markalı avtomobil kirayələdiyini və vaxt bitəndən sonra geri  gətirmədiyini bildirib. 

Polislərin araşdırmasından sonra maşının Habur sərhəd keçid məntəqəsindən İraqa aparılmaq istədiyi məlum olub. İraq nömrəsi olan maşının sözügedən maşın olduğu məlum olub. Maşını kirayələyən 52 yaşlı kişi və əslən azərbaycanlı olan H.İ. və A.K. saxlanılıb. A.Y bildirib ki, maşını kirayələmək üçün hər iki şəxs olan 500 TL verib. /qafqazinfo


 



7news.Az

Xəbər lenti