XƏBƏR AXIŞI

“Turizmdə bələdçilik və könüllülüyün inkişafı” layihəsinin növbəti tədbiri keçirilib

  • 382 nəfər oxuyub
Sağlam Gəncliyə Doğru İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakı, Quba və Qusar şəhərlərində "Turizmdə bələdçilik və könüllülüyün inkişafı” adlı növbəti tədbirini həyata keçirmişdir. Tədbir çərçivəsində gənclərlə bələdçiliyin inkişafı, turzimdə könüllülük, turizmin növləri  və sair mövzularda müzakirələr aparılmışdır. Müzakirələr əsnasında gənclər bələdçilik və turizm potensialının inkişaf etdirilməsi mövzularında təqdimatlar hazırlamış və təqdim etmişlər. Hazırlanmış təqdimatlar müvafiq şirkət və turizm obyektlərinə  təqdim edilmişdir. Layihənin məqsədi gənclərimizin turizmə olan sevgilərini və maraqlarını artırmaq, bu sahənin bütün incəliklərini və onların həyatında necə xüsusi yer tutacaqını, onların turizm siyasətində böyük naliyyətlər əldə edə biləcəklərinə inandırmaq və turizm bələdçisi kimi bir çox turist sənayesi üçün kadrlar yetişməsini təmin etməkdir
Tədbirdə rayon Gənclər və İdman idarəsinin rəhbəri, regionun aktiv gəncləri və gənclər təşkilatlarının rəhbərləri iştirak etmşdir.