XƏBƏR AXIŞI

TÜRKIYƏDƏ MÜXALIFƏT LIDERININ QARDAŞI ACLIQ ELAN ETDI

  • 132 nəfər oxuyub

Türkiyənin müxalifət Respublika Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun qardaşı Cəlal Kılıçdaroğlu aclıq elan edib. 

Bu barədə bazar ertəsi Türkiyə KİV-i məlumat yayıb. 

Qeyd edilir ki, o, Kamal Kılıçdaroğlunun Fətullah Gülənin hərəkatını dəstəkləməsinə etiraz olaraq aclıq elan edib.  

Daha öncə Ankarada Respublika Xalq Partiyasının (CHP) deputatı Enis Berberoğlunun F.Gülənin hərəkatına aidiyyətlə və dövlət sirrini yaymaqla əlaqədar uzun müddətə azadlıqdan məhrum edilməsinə etiraz olaraq partiya üzvlərinin yürüşə çıxmalarına dair məlumat yayılmışdı. 

Ankara Ağır cinayətlər üzrə Məhkəməsi Bərbəroğlunu 25 il müddətinə azadlıqdan məhrum etmə hökmü çıxarıb. 

Enis Bərbəroğlunun siyasi karyerası 2014-cü ildə CHP sıralarında başlayıb. 

2016-cı ilin iyul ayının 15-dən 16-na keçən gecə Türkiyədə bir qrup qiyamçı hərbi çevrilişə cəhd edib. Əsas qarşıdurma Ankara və İstanbulda baş verib. Ölkə rəhbərliyi qiyamın yatırıldığını bildirib. Hadisə nəticəsində 240 türk vətəndaşı ölüb, 2 mindən çox adam müxtəlif dərəcəli xəsarətlər alıb. Türkiyə hakimiyyəti çevrilişə cəhddə Gülənin təşkilatını günahlandırıblar, ABŞ-dan onun təhvil verilməsini tələb ediblər. Gülən qiyamı pisləyib və ona aidiyyəti olmadığını bildirib. 

Hərbi çevrilişə cəhddən sonra Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan keçən ilin iyul ayının 20-də ölkədə  120 gün müddətinə fövqəladə vəziyyət elan edib, bu müddət sonradan iki dəfə uzadılıb. Bu ilin aprelində fövqəladə vəziyyətin müddətinin daha 90 gün müddətinə uzadılmasına dair qərar qəbul edilib.  /trend

7news.Az