XƏBƏR AXIŞI

Tramp Putinə minnətdarlığını bildirdi

  • 30 nəfər oxuyub

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə səfirliyin işçilərinin sayının azaldılmasına görə minnətdarlığını bildirib.

7news.Az xəbər verir ki, bu barədə "RİA Novosti” agentliyi məlumat yayıb.  

"Ona (Putinə-red) minnətdarlığımı bildirmək istəyirəm. Belə ki, Vaşinqton xərcləri azaltmağa çalışırdı. İndi bizim daha az işçi heyətimiz var”, - deyə Tramp bildirib.

Qeyd edək ki, Rusiya tərəfi ABŞ-ın sanksiyalarına cavab olaraq ölkədə çalışan amerikalı diplomatların sayını 755 nəfər azaldaraq 455-ə endirib.

 

 

7news.Az