XƏBƏR AXIŞI

Tramp BBC-ni təhqir etdi: “Siz yalan xəbər yayan informasiya mənbəyisiniz”

  • 105 nəfər oxuyub
ABŞ-ın yeni seçilmış prezidenti Donald Tramp Nyu-Yorkda keçirdiyi mətbuat konfransı zamanı qalmaqal yaşanıb.
 
Qalmaqal BBC –nin müxbiri ilə Tramp arasında yaranıb. Belə ki, jurnalist ABŞ-ın yeni prezidentinə sual vermək istəyib. Tramp isə jurnalistə sual vermək imkanı yaratmayıb.
 
"Xahiş edirəm, səssiz olun və yerinizdə oturun. Sizə sual vermək haqqı vermirəm. Siz yalan xəbər yayan informasiya mənbəyisiniz”, - deyə Tramp jurnalistə qışqırıb.
 
Müxbir isə öz növbəsində Trampa etirazını bildirib:
"Siz bizim şirkəti təhqir edirsiz”.
 
Tramp da onu cavabsız buraxmayıb və daha sərt reaksiya verib:
"Sizin şirkət hörmətə layiq deyil. Şirkətiniz olduqca bərbaddır”, - deyə Tramp daha da əsəbləşib./olke.az
 
7news.Az