XƏBƏR AXIŞI

Toqo Azərbaycana çatdı

  • 121 nəfər oxuyub

2017-ci ildə açıqlanacaq milli komandaların ilk FİFA reytinqinin konturları bəlli olub.

Yanvarın 12-də qurum tərəfindən açıqlanacaq cədvəllə bağlı təxmini siyahı tərtib edilib.

İlin ilk cədvəli ciddi dəyişiklik vəd etmir. Çünki hesabat dövründə yığmaların iştirakı ilə çox az sayda matç keçirilib. Bütün bunlar isə siyahıdakı dəyişiklikləri minimuma endirib.
 
Düzdü, Surinam 22, Nikaraqua 11, Maldiv adaları 9 pillə irəliləməyə, Əfqanıstanla Banqladeş 5 addım geriləməyə macal tapıb. Amma bu yerdəyişmələr heç də hamıya təsir etməyib.
 
Təxmini cədvəldə 2016-cı ildəki son siyahının açıqlandığı vaxtdan sonra heç bir matça çıxmayan Azərbaycan millisinin də mövqeyi toxunulmazdı. 386 xala malik Robert Prosineçkinin yetirmələri 90-cı pillədədi. Lakin artıq Toqo millisi yığmamıza çatıb. Bu üzdən mövqeyimiz afrikalılarla şəriklidi.
 
Millimiz və "qonşular"ı
85 (73). Haiti - 413
86 (86). Ermənistan - 412
87 (88). Zambiya - 401
88 (89). Keniya - 396
89 (85). Liviya - 390
90 (90). Azərbaycan - 386
90 (91). Toqo - 386
92 (93). Antiqua və Barbuda - 370
93 (93). Finlandiya - 368
93 (92). Ruanda - 368
95 (95). Boliviya - 359
 
Dünyanın ən güclü 10 komandasının mövqeyində isə heç bir dəyişiklik yaşanmayıb. Liderlərin xal hesabları da dəyişməz qalıb.
 
İlk "onluq"
1 (1). Argentina - 1634
2 (2). Braziliya - 1544
3 (3). Almaniya - 1433
4 (4). Çili - 1404
5 (5). Belçika - 1368
6 (6). Kolumbiya - 1345
7 (7). Fransa - 1305
8 (8). Portuqaliya - 1229
9 (9). Uruqvay - 1187
10 (10). İspaniya - 1166
 
Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən yalnız Çexiyanın mövqeyi dəyişib. Onlar təxmini siyahıya əsasən 2 addım irəliləyəcək. Onlar Əlcəzair və İsveçin geriləməsindən faydalanıb.
 
DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu
3 (3). Almaniya - 1433
32 (32). Şimali İrlandiya - 767
41 (43). Çexiya - 671
83 (83). Norveç - 422
202 (202). San-Marino - 17
 
Qeyd edək ki, qonşu Türkiyə yığması ehtimallar cədvəlində də 24-cü yerdə qalıb. "Ay-ulduzlular"ın hesabında 851 xal var.

7News.az