Şuranın dəstəklədiyi layihələrə uğurla yekun vurulub

Şuranın dəstəklədiyi layihələrə uğurla yekun vurulub
"Mədəni Dəyərlərin Təbliği” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Azərbaycana gələn turist nəyi bilməlidir” e-bələdçinin yaradılması, sosial şəbəkələr vasitəsilə "Azərbaycana turist axının təşkili” layihəsinə yekun vurub.

Üç ay müddətində icra edilən layihənin məqsədi ölkə turizminin inkişafına dəstək olmaq, Azərbaycana gələn turistləri ölkənin turizm imkanları ilə tanış etmək, həmçinin onların sosial şəbəkələr vasitəsilə Azərbaycana axınının təmin edilməsi olub.

Layihənin icra müddətində "Azərbaycana niyə getməli: 10 səbəb” və "Xarici turistlər üçün Azərbaycana gedərkən nələri bilməli?” adlı broşurlar çap edilərək ingilis dilinə tərcümə edilib. Bundan əlavə, Facebook sosial şəbəkəsində ingilis, rus dillərində "Azərbaycan haqda: bunları bil!” səhifələri yaradılıb və təbliği istiqamətində müəyyən işlər görülüb.

Xəbər lenti