XƏBƏR AXIŞI

Şura QHT-lər üçün ictimaiyyətlə əlaqələrin qurulması üzrə təlim təşkil edib

  • 121 nəfər oxuyub
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası QHT-lər üçün "İctimaiyyətlə əlaqələrin qurulması” mövzusunda 2 günlük təlim keçirib. 
Şuranın mətbuat xidmətinin rəhbəri Elməddin Behbud Şuranın yarandığı vaxtdan Əsasnaməsinə uyğun olaraq QHT-lərə müxtəlif istiqamətlər üzrə, o cümlədən məlumat və təşkilati-texniki xidmət göstərdiyini qeyd edib. E. Behbud QHT-lərin ictimaiyyətlə əlaqələrin qurulmasını peşəkar əsasda həyata keçirməsinin icra etdikləri layihələrin səmərəliliyinin artırılmasında mühüm rol oynadığını deyib. Mətbuat xidmətinin rəhbəri QHT-media əməkdaşlığının inkişaf etdirilməsinin mexanizmləri haqqında fikirlərini bildirib.
20 təşkilatın qatıldığı tədbirin təlimçisi PR menecer, Şuranın qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfov olub. Təlimdə PR strategiyasının müəyyənləşdirilməsi, sosial şəbəkələr və media qurumları ilə əlaqələrin qurulması, brifinqin, mətbuat konfransının keçirilməsi, press-relizin hazırlanması, təşkilatın fəaliyyətini qiymətləndirmək üçün SWOT-analizin aparılması və digər mövzularda təqdimatlar edilib və qrup işləri icra olunub. Təlim praktik məşğələlərlə davam etdirilib.