XƏBƏR AXIŞI

Sona Vəliyeva İstanbul Böyük şəhər Bələdiyyəsi Teatrını ziyarət edib - FOTOLAR

  • 814 nəfər oxuyub
"Kaspi” qəzetinin rəhbəri, şairə, ictimai xadim, Milli Teleradio Şurasının üzvü, professor Sona Vəliyeva Türkiyənin İstanbul Böyük şəhər Bələdiyyəsi Teatrını ziyarət edib.
 
Bu barədə adıçəkilən teatrın rejossoru, tanınmış aktrisa Məlahət Abbasova məlumat verib.
 
O deyib ki, "Mənim çox dəyərli şəxs olan Sona xanım Avropa və Asiyanın ən böyük teatrı olan İstanbul Şəhər Teatrını ziyarət edərək bir azərbaycanlı olaraq həm mənə, həm də teatr kollektivimizə şərəf verdi. Sona xanımın teatrımıza ziyarəti Türkiyə mediasında da geniş işıqlandırıldı. Mənim İstanbulda səhnəyə qoyacağım Hüseyn Cavidin "İblis" tamaşası haqda fikir mübadiləsi apardıq. İsti və səmimi münasibətə görə teatrımızın müdiri Salif Elifoğluna və Süha Uygura təşəkkür edirəm.
 
Qeyd edim ki, Sona xanım "İblis" tamaşasının baş məsləhətçisidir. Bir Cavidşünas olaraq məşqlərimiz və tamaşalarımız boyuncaq bizə hər cür məlumat verəcəyinə, yardım edəcəyinə söz verdi. Təşəkkürlər, Sona xanım"/azxeber
 
7News.az