XƏBƏR AXIŞI

Sloveniyalıların Prosineçkiyə pulu çatmır

  • 34 nəfər oxuyub

Sloveniya Futbol İttifaqının prezidenti Rade Miyatoviç maraqlı açıqlama verib. 

O, hazırda Azərbaycan millisinin baş məşqçisi olan xorvatiyalı mütəxəssis Robert Prosineçkinin Sloveniya yığmasında işləməsi üçün 800 min avro tələb etdiyindən danışıb. 

Jurnalistlərin bu barədə sualını cavablandıran Miyatoviç bu məbləği vermək imkanına malik olmadıqlarını deyib: "Mən Prosineçkinin 800 min avro istədiyini bilmirəm. Amma biz bu pulu verə bilmərik. Çünki maliyyə durumumuz yaxşı deyil”. 

Qeyd edək ki, Robert Prosineçkinin Azərbaycan yığması ilə müqaviləsi cari ilin sonunda başa çatır. /qafqazinfo

 

7news.Az