XƏBƏR AXIŞI

Sığorta fəaliyyəti ilə bağlı lisenziya verilməsi üçün səkkiz müraciət daxil olub

  • 1167 nəfər oxuyub

Azərbaycanda sığorta fəaliyyəti ilə bağlı lisenziya verilməsi üçün 8, icazələrin verilməsi üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) 6 müraciət daxil olub.

Palatadan bildirilib ki, hazırda bu müraciətlərə baxılır.

Palatadan o da bildirilib ki, Direktorlar Şurasının 4 may 2016-cı il tarixli qərarı ilə 1 hüquqi şəxs və 131 fiziki şəxs olan sığorta agentlərinin lisenziyalarının qüvvəsi müvafiq dövr üzrə hesabatı təqdim etmədiklərinə görə 3 ay müddətinə dayandırılıb: “40 nəfər fiziki şəxs olan sığorta agentlərinin lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas vermiş hallar qanunvericiliklə müəyyən edilmiş müddətdə aradan qaldırılmadığından Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 4 may 2016-cı il tarixli qərarı ilə həmin şəxslərin lisenziyaları ləğv edilib"./apa

7News.Az