"SINIQ KÖRPÜ" GÖMRÜK-KEÇID MƏNTƏQƏSINDƏ LOGISTIKA MƏRKƏZI TIKILƏCƏK”

Dövlət Gömrük Komitəsi Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə Gürcüstanla sərhəddə "Sınıq Körpü" gömrük-keçid məntəqəsində logistika mərkəzi tikəcək.

Bunu bu gün Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasında jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.

O deyib ki, Aİ-nin dəstəyi ilə "Sınıq Körpü" gömrük-keçid məntəqəsində müəyyən dəyişikliklər olacaq: "Gürcüstan tərəfdə sırf Aİ-nin dəstəyi ilə müxtəlif laboratoriyalar tikilərək fəaliyyət göstərəcək. Azərbaycan tərəfdə görüləcək işlər böyük olduğu üçün kifayət qədər vəsait tələb olunur. Bunun üçün Azərbaycan və Aİ-nin maliyyə yardımı ilə birlikdə "Sınıq Körpü" gömrük-keçid məntəqəsində logistika mərkəzi tikiləcək. Artıq bununla bağlı müəyyən işlərin görülməsinə başlanılıb”./apa
 
7news.Az

Xəbər lenti