XƏBƏR AXIŞI

E.Süleymanov: "Yarım əsr səhnə memarı, "Xalq artisti" xalam, F. Əlixanova

  • 378 nəfər oxuyub
H.Əliyev: "Azərbaycan səhnəsində ağır itki oldu, yeri hər zaman görünəcək".
 
Ü.Hacıbəyov: "Azərbaycan epistomelyar səhnəsinin dan ulduzudur".
 
Realist səhnə cərəyanının banisi, "Şərəf" nişanı və "Lenin" ordenli SSRİ Xalq artistinə 1994-cü ildə Azərbaycan müstəqilliyinə qovuşduqda yenidən siyasi qiymət verilir. Belə ki, ümumilli lider Heydər Əliyev ona ölümünə yaxın vaxtlarda Azərbaycan Respublikasının "Xalq artisti" adının verilməsi haqqında sərəncam imzalayır.
Cəfər Cabbarlı isə "Sevil" tamaşası dram teatrında ilk dəfə Firuzə xanımın roluyla "Sevil"i oynadıqda demişdir ki, həm ifa, həm də aktrisalıq ifasına görə xanım aktrisa kimi heç kəs bu rolu ifa etməmişdir.   
 
Oynadığı rollarını xatırladı. Sevili, Leylini, Əslini bir anlıq gözünün önünə gətirib canlandırdı.Kim bilir bəlkədə canlandırdığı rollarda nələri düşünürdü?.Qeysin məzarına gedib orda göz yaşı tökməyi ,yoxsa bir inqilabi yol keçmiş Sevil kimi Balaşa cavab verməyi ...

Onu bir ömürlük səhnəyə gətirən Şahnazı oxumaq istədi, amma taqəti qalmamışdı.Gözlərindən yaş gəldi, huşunu itirdi.Vəziyyəti ağırlaşdı. Həkim çağırdılar.Bacıları yenə müayinədən sonra düzələcək düşüncəsi ilə dəhlizdə təlaşla gözləyiridilər.Bu dəfə fərqli idi.Həkimin üzgünlüyü üzündəki ifadələrdən bəlli idi.Yenilməz ideal səhnə obrazları ilə inqilab edən qorxmaz qadın ağır xəstəlikdən həyata gözlərini əbədi olaraq yummuşdu.Bu xəbər muxtariyyətə yayılaraq, daha sonra o zamankı rəsmi Bakıya yetişdi...Radyodan gələn əndişəli xəbər Azərbaycan xalq artistinin əbədiyyətə qovuşduğunu söyləyirdi...

Bəyin ilk qızı 

1917- ci ildə Ordubad bəylərindən Məmmədqulunun evində ilk dəfə şadyanalıq idi.Bəy səmimiyyətdən bütün kəndlilərlə görüşərək, sevincini ifadə etməyə çalışırdı.Səhər tezdən məhsul bazara çıxarılmadan xalqa paylanacaq demişdi...Çünki, bu sevinc başqa sevinc idi, ilk qızı dünyaya pənah gətirmişdi.İsmini Firuzə qoymuşdu...

Səhnəyə gedən ömür hekayəsi

Bu balaca qız böyüyür amma xüsusi istedadı ilə həmyaşıdlarından fərqlənir. O zaman qadının oxumağına xor baxıldığı bir zamanda şəhərin seçilən bəyinin ailə üzvü olmasına baxmayaraq, yenə də inadına davam edir, Ordubadda yenicə açılmış məktəbdə təhsil alır.O zamanlar Azərbaycan səhnəsi xalq tamaşaları sərgiləməklə yenicə qurulmaqda idi.O zamankı mühit qadına köləlik kimi baxdığından bu dini baxış Azərbaycan qadının səhnəyə çıxmasına icazə vermirdi.Ona görə də səhnəmizdə qadın rollarını kişilər oynamaq məcburiyyətində qalırdı.Firuzə Əlixanova balaca yaşlarında şəhərin xalq tamaşalarında Şahnaz muğamını oxuyurdu.Təlatümlü səsilə seçilirdi...

"A kişi mən bunu bacararam”

1932-ci ildə Naxçıvan Dövlət Texnikomunun tələbəsi olarkən yenicə fəaliyyətləri ilə xalqımıza xidmət edən Naxçıvan Dövlət Dram Teatrına gedərək, Səməd Mövləliyə müraciət edir.S.Mövləli -Opera səhnəsi çətin sənəttir,talant səs istəyir -dedikdə isə Firuzə xanım "A kişi mən bunu bacaram” demiş və Şahnaz xalq muğamını ifa edərək onu təccübləndirmişdi.Elə bu mahnı onun gələcək həyatını Azərbaycan səhnəsinin keşməkişli,bəzənsə çətin yollarına həsr edəcəyi cığır oldu.Bu ifaçılıq qabiliyyəti eyni zamanda Xalq Artistinə baş rollarda ifa etməyə kömək oldu...Firuzə xanım daha sonra Mövləliyə verdiyi cavabı gələcəkdə gülüşlərlə xatırlayacaqdı...

Salonda qalan kəlağayılar...

Naxçıvan Dövlət Dram Teatrı... Cəfər Cabbarlının "Sevil” əsəri yenicə tamaşaya qoyulacaqdı.Vəziyyət yenə də ağır idi.Din insanları qadının səhnəyə çıxmasına qarşı idi və eləcə də Sevil tamaşası o zamankı Azərbaycan qadınının köləliyə qarşı çıxmasına yönəlmişdi.Tamaşanın sonunda Sevil kalağayını Balaşın önündə çıxaracaq və bununla kölə olmadığını ifadə edəcəkdi.Səhnədə görünən aktrisa rolunu məharətlə ifa etmişdi.Hətta tamaşanı izləməyə gələn qadınlar alqışlarına səbəb olmuşdu.Ən əsası odur ki, aktrisanın Sevil rolundan təsirlənən tamaşaçılar kəlağayılarını salona buraxıb gedirdilər.Bu isə din rəhbərlərinin qəzəbinə səbəb olmuşdu.Salonda qalan kəlağayılar Azərbaycan qadınını təhsilə və dünyagörüşə səsləyirdi... 

Naxçıvan səhnəsinin Leylisi

1937-ci ilin soyuq günlərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun” operasında unudulmaz Leyli obrazını canlandırdı.Bu isə Naxçıvan Dölət Dram Teatrında, teatrşünalıq elmində tərəqqi idi.Hüseynqulu Sarabski xatirələrində yazmışdır ki, onun Leylisi, Əslisi əsil mənada sənət nümunəsi idi(C.V).Həmçinin Cəlil Vəzirov isə "Biz gedirik, gülüşümüz dodaqlarda qalacaq" isimli məqaləsində aktrisanın həyat yolundan bəhs edəcəkdi.Onun bu məharətli ifası səhnə yollarında körpülərini daha da gücləndirəcək, aktrisanın heyrətamiz ifası Milli Himnimizin Bəstəkarı və şərqin ilk opera yazarı Üzeyir Hacıbəyovun Naxçıvana səfərini zəruriləşdirmişdi...Səfəri zamanı o xanım aktrisamızın ifalarını bəyənmiş onu Səhnəmizin gələcəkdəki dan ulduzu adlandırmışdı...Daha sonra Ü.Hacıbəyov keçmiş SSRİ Bəstəkarlar ittafaqının Sədri vəzifəsinə təyin olunduqda kollektivi Moskvaya dəvət edəcəkdi...

Ötən günlər, fəaliyyətə davam

Moskvada bir sıra qastrollarda oldu.Kollektivin sevimlisi olan gənc xanım baş rollarda məharətlə Azərbaycan xalqının mədəniyyətini beynəlxalq səviyyədə təmsil etmişdi.Bu səfərlər onu daha da tanıttırmışdı.

Saysız hesabsız opera, operettalarda, baş rollarda və qəhrəman tipik rollarda ifalarına siyasi qiymət verilmiş ; Azərbaycan Respublikasının Əməkdar Artisti (1964) ,daha sonra mahir ifalarına görə Azərbaycan Respublikasının Xalq Artisti (1974), SSRI nin "Şöhrət’’ ordeninə layiq görülmüşdü...

45 illik səhnə fəaliyyətinə Naxçıvanda başlayıb SSRRİ məkanında tanınan xanım aktrisa qastrol səfərlər etsə də, öz evi adlandırdığı Naxçıvan teatrını tərk etmədi.

Qeysim ölüb ona bir ömür boyu sadiqəm

Bu da bir gerçəkdir ki, ömrünü səhnəyə həsr edən bu dahi şəxs ailə həyatı qurmur.Naxçıvandakı evində xüsusi bir otağı varmış o otaqda olanda heç kəs qapını açıb bir şey belə soruşa bilməzmiş- deyir yaxın qohumları.Çünki o otaqda hər gün oynayacağı rolların şeir və mahnılarını oxuyub səhnəyə hazırlanarmış Firuzə xanım...Ən sonda isə evdəki pəncərənin önündə Şahnaz təsnifini oxuyub dərin fikrə dalarmış...Ömrünü səhnəyə vəsf edən sənətkar fəaliyyətini ailədən də üstün tuturmuş.Bəlkə də ruhunun adamını tapa bilməmişdi.Amma ailə həyatı haqqında yaxın qohumları söylədikdə "Qeysim ölüb ona bir ömür boyu sadiqəm,mənim həyatım səhnədir, hər dəfə səhnədə Qeysin məzarına gedib onun üçün ağlayıram” deyib zarafatyana gülərmiş sonra isə mənim ailəm siz bacılaımsız deyərmiş.Deməyə də haqqı da var idi Valideyinlərin vəfatından sonra balaca bacılara həm ana , həm də ata olmuşdu...

Həyatdan və səhnədən doymayıb gedirəm...


1977- ci ildə teatr rəhbərliyinə müraciətlə istefasını verir.Artıq qocalmışdı və məharətlə bir zamanlar canlandırdığı gözəl Leylidən, Əslidən və Sevildən əsər-əlamət qalmamışdı.Teatr rəhbərliyi inadla digər rollarda oynamağını istəsə də o razı olmamışdı.Düşünmüşdü ki, xalqı onu Leyli, Sevil kimi və baş rollarla tanıyıb indisə verilən rollar aktual olmayacaqdı.77 illik şərəfli ömür yolu keçmiş Azərbaycan Respublikasının Xalq Artisti Firuzə xanım Əlixanova ömrünün 45 illini teatr sahəsinə həsr etməklə böyük işlər görmüş ,ensiklopedik şəxsiyyət hesab olunmaqdadır.Xəstələndiyi zaman sanki ölümünü bilirmiş kimi "həyatdan və səhnədən doymayıb gedirəm” söyləyərmiş. Xalq, Vətən və Torpaq sevgisindən qaynaqlanan aktirisanın bu ömür yolu 1994-cü ildə uzun çəkən xəstəlikdən sonra bitmişdir.Respublika səviyyəsində rezonans doğuran bu ölüm xəbəri xalq tərəfindən matəmlə qarşılanmışdı.Ümidləri və arzuları vardı.Səhnəni özünə ailə bilən xanım aktrisanın nəşi Fəxri Xiyabana aparılamq istənilsə də özünün vəsiyyəti ilə sağlığında söylədiyi "oranı istəmirəm məni səhnəyə yaxın yerdə dəfn edin. Ruhum tamaşaçılarımla yaşasın” sözlərilə Naxçıvan şəhərində dəfn olunur.
 
Heydər Əliyev: "Ömrünün yarım əsrlik həyatını səhnəyə həsr edən, realist səhnə cərəyanının banisi xanım aktrisa ölümündən sonrakı həyatını da səhnəyə həsr etdi".
 
Artıq Dövlət televiziyası və radiosu bir zamanlar Firuzə xanımın ifaları, rolları üçün "diqqət, diqqət! deyirdisə, indi bu acı xəbəri xalqla bölüşürdü. Belə ki, Firuzə xanımın vəfatından sonra ümumilli liderin tapşırığı ilə cənazənin Bakıya gətirilərək, II Fəxri Xiyabanda dəfn olunması ilə göstəriş verilsədə, sonradan Heydər Əliyevə ikinci dəfə Firuzə xanımın vəsiyyəti çatdırılır. Vəsiyyətə uyğyn olaraq teatr binasına yaxın yerdə dəfn olunur. 
 


PS: Bəlkədə onun haqqında kitablar yazmaq olardı... Firuzə xanımın eyni zamanda bacısı nəvəsiyəm. Uşaqlığımdan onun kitab mirasını və bədii ədəbiyyatından yararlanıb oxumuşam. Bu gün kürsülərdə sərbəst natiqliyimi də onun miras buraxdığı kitablara borcluyam. Evdə hər zaman ailədən və qohumlardan duyduğum xalq artistinin ilk ailəmə, qohumlarıma və xalqıma bu yazı ilə ruhunu rəhmətlə anmaq istədiyimi bildirdirmək istədim...
 



Elçin SÜLEYMANOV
 
Qeyd: Məqalə 2012-ci ildə yazılıb.