XƏBƏR AXIŞI

Şəhid zabitlər alqış sədaları altında dəfn olundular

  • 1059 nəfər oxuyub

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Silahlı Qüvvələrin zabiti, 40 yaşlı polkovnik Vüqar Yusifovun cənazəsi Şəmkir rayonuna gətirilib. 

7News.Az-ın məlumatına görə, şəhid rayonun Şiştəpə kəndində dəfn olunub.

Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin (MN), Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) nümayəndələri, Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) rəsmiləri, rayon ictimaiyyəti, xidmət etdiyi hərbi hissənin hərbçiləri və döyüş yoldaşları iştirak edib.

Qeyd edək ki, şəhid Vüqar Yusifov ailəli olub, iki qızı və bir yaşlı oğlu var. Vüqar Yusifov Şəmkirdən olan ikinci şəhiddir. Ötən gün rayonun Tatar kənd sakini 19 yaşlı əsgər Nurlan Qasımov öz doğma kəndində torpağa tapşırılıb.