XƏBƏR AXIŞI

"Sağlam Böyüyən Gənclik" - Gənclər Fondunun layihəsi

  • 170 nəfər oxuyub
Gənc Vətəndaş Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Sağlam Böyüyən Gənclik" layihəsinə start verib.

Layihənin əsas məqsədi gəncləri reproduktiv sağlamlıq haqqında maarifləndirmək, infeksion xəstəliklər haqqında biliklərini artırmaq, gəncləri sağlam yaşam tərzinin təbliğinə cəlb etməkdir. Layihə çərçivəsində ilk tədbir Ağdaş rayonunda həyata keçirilib. Tədbirdə Ağdaş rayonu Gənclər və İdman İdarəsinin rəhbəri Azad Gözəlov, Gənc Vətəndaş Maarifləndirmə İctimai Birliyinin icracı direktoru Günel Səfərova, "Elçi" qəzetinin baş redaktoru Əli Həziquliyev, telejurnalist Anar Yusifoğlu, Ağdaş rayon İcra Hakimiyyətinin nümayəndəsi iştirak edib. Azad Gözəlov tədbiri açaraq Azərbaycanda gənclər siyasəti, Gənclər fondunun effektli fəaliyyəti və tədbirin mahiyyəti barədə məlumat verib. A.Gözəlov qeyd edib ki, Ağdaş gəncləri fəallığı ilə seçilir və bir çox gənclər təşkilatının rayonda həyata keçirdiyi layihələrə öz tövhələrini verir: "Azərbaycan Gənclər Fondu gənclər üçün yaxşı fürsətdi və hal-hazırda gənclərin potensiallarının üzə çıxması üçün şərait də var".

Layihənin əhəmiyyətini qeyd edən Günel Səfərova gənclərə reproduktiv sağlamlıq haqqında məlumat verib. O, maarifləndirici və dünya praktikasında həyata kecirilən innovativ layihələrdən, infeksion xəstəliklərin qarşısının alınma yollarından, ailə planlaşdırmasından və sağlam həyat tərzindən danışıb. Günel Səfərova xüsusilə vurğulayıb ki, Gənclər Fondu gənclərin regionda aktivliyinin artması üçün şərait yaradır və gənclərin bu imkandan yararlanması faydalı olar.

Gənclər təlimdə fəal iştirak etməklə yanaşı maraqlı təkliflərlə də çıxış ediblər. Məktəb proqramına reproduktiv sağlamlıq haqqında xüsusi tədris materiallarının salınması, valideynlərin maarifləndirilməsi, mövzunu əhatə edən sosial roliklərin çəkilməsi təklifləri səslənib.

Sonda Günel Səfərova iştirakçıların suallarını cavablandırıb.








 
7News.az