Sahibini yeyən 12 ev heyvanı

Sahibini yeyən 12 ev heyvanı

Ev heyvanına sahib bir çox insan var və ən çox üstünlük təşkil edənləri itlər və pişiklərdir. Lakin bəzi insanlar ekzotikanı sevdikləri üçün əslində yerləri vəhşi təbiətdə olan heyvanları saxlayırlar. 

 

Sizə öz sahibini yeyən heyvanları təqdim edirik:

 

Hepatit S + 50 sahibsiz it

 

 

2015-ci ildə Arkanzas (ABŞ) sakini olan 50 itə sahib qadın evdə hepatit S səbəbindən keçinib. Polis qadının ölümü barədə dərhal məlumat əldə etməyib, belə ki, ac qalmış itlər ölmüş qadının cəsədindən heç nə saxlamayıblar. 

 

Harri və Salli

 

 

51 yaşlı Nebraska (ABŞ) sakini üzünə atəş açaraq intihar edib. Onun Harri və Salli ləqəbli itləri bir neçə həftə ac qalıblar, lakin sonradan özlərinə "qida” tapıblar. Kişi polis tərəfindən aşkarlanana qədər itlər tərəfindən yeyilib.  

 

Sintiya Li Hembl 

 

 

Minnesotalı (ABŞ) Sintiya Li Hembl adlı qadın pələngin qəfəsində qapının bağlı vəziyyətdə olduğu vaxt hücuma məruz qalıb və heyvan tərəfindən parçalanıb. Qadın nəsli tükənmək təhlükəsi ilə üzləşən pişikkimilər ailəsi nümayəndələri ilə məşğul olub. 

 

2 yaşlı qız və piton

 

 

2011-ci ilin yayında Floridada piton 2 yaşlı qızı boğub. Uşağın valideynləri pitonu evdə və ac vəziyyətdə saxlayıblar.

 

Kelli Enn Valz 

 

 

Pensilvaniyada yaşayan Kelli Enn Valz ekzotik heyvanların satıcısı ilə ailəli olub. Ailə ev zooparkına malik idi və burada pələng, şir, puma və ayı yaşayırdı. Qadın qəfəsi təmizləyən zaman ayı sahibəsinə hücum edib və onu parçalayıb. Uşaqlar və qonşular bu dəhşətli mənzərənin şahidi olublar. Qonşular atəş açaraq heyvanı öldürüblər. 

 

Karla Neş 

 

 

Konnektikut ştatı sakini  Karla Neş rəfiqəsinin evdə saxladığı şimpanzenin hücumu nəticəsində əlləri, ayağı və dodaqlarından məhrum olub. 

 

Marius Els 

 

 

Cənubi Afrikalı fermer bir neçə il ərzində Hamfri ləqəbli begemotun qayğısına qalıb. Kişi begemotun çox mülayim olduğunu, hətta qidanı belə öz əli ilə verdiyini, üzərində hərəkət etdiyini bildirirdi. Daha 20 ekzotik heyvan saxlamasına baxmayaraq məhz begemot tərəfindən öldürülüb, səbəb isə bəlli deyil. Kişinin eybəcər şəklə salınmış cəsədi çayda suyun altında aşkarlanıb.

 

Mark Fegel 

 

 

Dortmundlu (Almaniya) Mark Fegel evində 200-dən çox həşərat və sürünən saxlayıb. Onun evindən çıxmadığını görən və xoşagəlməz qoxuların gəldiyini hiss edən qonşular polisə xəbər veriblər. Qapını sındıraraq evə daxil olan polislər dəhşət filmlərini xatırladan səhnə ilə qarşılaşıblar: hörümçək toruna sarınmış cəsəd hörümçəklər və kərtənkələlər tərəfindən yeyilib. Ekspertiza nəticələrinə əsasən, kişi "qara dul” hörümçəyinin sancması nəticəsində ölüb.

 

Qrant Uilyams 

 

 

Nyu-York sakini Qrant Uilyams1996-cı ildə öz evində ölü olaraq tapılıb. Diri toyuğu tutması üçün azadlığa buraxdığı piton ona sarılaraq öldürüb.  

 

Andre Lamboqa 

 

 

Səfərdən qayıdan 50 yaşlı Andre Lamboqa atəş açaraq intihar edib. Hadisə barədə yalnız evdən xoşagəlməz qoxu gəldiyi zaman xəbər tutulub. Polis evdə gəmirilmiş cəsəd və sahiblərini yemiş yeddi it aşkarlayıblar. 

 

Herbert və Ceyn Uolden 

 

 

2010-cu ildə Herbert Uolden ölmək üzrə olan anasına qulluq edərkən qəfildən ürək tutmasından keçinib, anasının isə özünə qulluq etməyə taqəti olmadığından 1 həftə sonra ölüb. Evdə saxlanılan 10-dan çox pişik ac olduqları üçün cəsədləri yeyiblər. 

 

Terri Vens Qarner 

 

 

Bir gecə Oreqonlu fermer Terri Vens Qarner donuzlara yem vermək üçün yollansa da geri qayıtmayıb. Bir neçə saat sonra kişinin eynəyi və cəsədinin qalıqları donuzların olduğu yerdə aşkarlanıb. Bəzi versiyalara əsasən, kişidə ürək tutması baş verib və donuzlar onu yem kimi qəbul edərək yeyiblər. 

 
7News.az

Xəbər lenti