XƏBƏR AXIŞI

Sabah Ümumukrayna Azərbaycanlılarının IV Forumu başlayır - Canlı yayımlanacaq

  • 235 nəfər oxuyub

Sabah Kiyev şəhərdində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun təşəbbüsü ilə  "Ukraynada Azərbaycan diasporunun lobbiçilik fəaliyyətinin önəmi və iş adamlarının diaspora inteqrasiyası” mövzusunda Ümumukrayna Azərbaycanlılarının IV Forumu keçiriləcək. 


Forum tarixində ilk dəfə sosial şəbəkələr (https://www.facebook.com/aze.in.ua/?fref=ts) və You Tube kanalı (https://www.youtube.com/channel/UClX9aLihHu8DQHrrGHAeCBg) vasitəsilə Bakı vaxtı ilə saat 17.00-da canlı yayımlanacaq. 

Forumda Azərbaycandan və Avropadan qonaqlar, Ukraynanın bütün regionlarında yaşayan və biznes fəaliyyəti ilə məşğul olan iş adamları iştirak edəcək. Dünyada yaşayan azərbaycanlılar isə Foruma müasir informasiya-kommunikasiya vasitələri ilə canlı qoşulub suallarını, təkliflərini və tövsiyyələrini verə biləcəklər. 

Forum  iştirakçıları Dünya Azərbaycanlılarının Bakıda keçirilən sonuncu Qurultayında  - Prezident İlham Əliyevin səsləndirdiyi tövsiyələrin daha çevik həyata keçirilməsi yollarını müzakirə edəcəklər. 


İnformasiya sahəsində uğurlu fəaliyyət, sosial şəbəkələrdə aktivlik, Ukrayn dilində Azərbaycanla bağlı mövcud səhifələrin daha da gücləndirilməsi, ölkəmizlə bağlı maraqlı məlumatların həmin səhifələrdə yerləşdirilməsi və Ukrayna mediası ilə əlaqələrin gücləndirilməsi Forum iştirakçılarının diqqət edəcəyi məsələlərdən olacaq. 

Bundan başqa, Forumda Azərbaycanlıların Ukrayna dövlət və qanunvericilik orqanlarında - təhsil müəssisələri, yerli idarəetmə orqanları, səhiyyə və icra qurumlarında təmsilçiliklərinin artırılması məsələləri qarşıya qoyulacaq.  

Forum iştirakçılarına həmçinin Azərbaycanın turizm potensialının təbliği, multikultural və tolerant ölkə olduğunu Ukrayna cəmiyyətinə çatdırmaq tövsiyyə olunacaq, bizneslə məşğul olan soydaşlarımız Azərbaycana sərmayə qoymağa dəvət ediləcək.  //azadinform


7News.az