XƏBƏR AXIŞI

Rusiya səfiri niyə ABŞ KÜÇƏSİNDƏ ÖLDÜRÜLDÜ?

  • 298 nəfər oxuyub

Dünən axşam saatlarında Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Ankarada yerləşən Müasir Sənətlər Mərkəzində keçirilən rəsm sərgisinin açılışında iştirakı zamanı güllələnərək öldürüldü.

İlk olaraq qeyd edək ki, əslində səfirin ölümünü dərinliyinə qədər analiz etdikdə müəyyən suallar, müəmmalı məqamlar ortaya çıxır. Amma biz sadəcə bir məqam üzərində dayanacağıq. Belə ki, səfirin öldürüldüyü sərgi salonunun yerləşdiyi küçənin Con Kennedinin (ABŞ-ın 35-ci prezidenti. Sui-qəsd nəticəsində öldürülüb) adını daşımasıdır. Bunu sıradan bir təsadüf kimi qəbul edə və ya Türkiyədə dünyanın bir supergücü olan ABŞ-ın keçmiş prezidentinin adını daşıyan küçədə planetin digər supergücü olan Rusiya səfirinin nədən öldürülməsi barədə çoxsaylı suallarla qarşılaşa bilərsiz. Məsələn Türkiyə, ABŞ küçəsi öldürülən Rusiya səfiri kimi...

Nəsə bu, öz yerində, indi keçək sərgiyə. "Ankaralı Səyyahlar Qrupu” hər il təşkil etdiyi ənənəvi fotosərgisini bu dəfə Rusiyaya həsr edib. Bu sərgi iki qitədə yerləşən, Atlantik Okeanı sahilindəki Kalininqraddan, Sakit Okean sahilindəki Kamçatkaya qədər çox geniş bir sahəyə yayılan Rusiyanın fotolarından ibarətdir. "Səyyah Gözü ilə Kalininqraddan Kamçatkaya” sərgisində Ankaralı Səyyahlar Qrupunun 18 üzvünün və 60 səyyahın fotosu yer alıb.

Nümayiş etdirilən fotolardan hazırlanmış stol təqvimləri hər il olduğu kimi bu il də xəstələrə yardım etmək məqsədilə satılacaq.

Qeyd edək ki, 2005-ci ildə təsis edilən və sayı 500-ə qədər olan səyyahların yaratdığı "Ankaralı Səyyahlar Qrupu” təşkil etdikləri tematik ekskursiyalar, dərc etdikləri səfər kitabları və həyata keçirdikləri fotosərgilərilə tanınır. Əsas məqsədləri "səyyahlar arasında bir ünsiyyət platforması yaratmaq” olan qrup, səyyahlarla gəzməyə maraq göstərən gənclərdən ibarətdir.//publika.az

7News.az