XƏBƏR AXIŞI

Ronaldonun yeganə problemi

  • 112 nəfər oxuyub

"Sevilla"nın baş məşqçisi Xorxe Sampaoli müasir futbolun ulduzları Ronaldo və Messi barədə fikirlərini bildirib. Argentinalı mütəxəssis bunları deyib:

"Ronaldo rəqib qapılarına yaxın çox gözəl oynayır. O, hücumların sona çatdırılmasında həlledici fiqurdur. Onun yeganə problemi budur ki, Messi ilə eyni dövrdə futbol oynayır.

Leo ilə çalışmaq sadəcə arzudur. Həmişə demişəm ki, Argentina millisinə rəhbərlik etmək istəyirəm. Messinin məşqçisi olmaq şərəfdir. Bu məsələdə hər şey mənim əlimdə deyil".

7News.az