Rio-2016: Cəbrayıl Həsənov bürünc üçün mübarizə aparacaq

Rio-2016: Cəbrayıl Həsənov bürünc üçün mübarizə aparacaq

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında güləş üzrə 74 kq çəki dərəcəsində təmsil edən Cəbrayıl Həsənov yarımfinal mərhələsində məğlub olub.

7news.Az xəbər verir ki, həmyerlimiz 1/2 final mərhələsində rusiyalı Aniuar Geduyevə 5:4 hesabı ilə uduzub.

C.Həsənov bürünc medal uğrunda mübarizə aparacaq.

18:42

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında güləş üzrə 74 kq çəki dərəcəsində təmsil edən Cəbrayıl Həsənov 1/4 finalda Gürcüstan təmsilçisi Yakob Makaraşviliyə 11:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

17.59

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında güləş üzrə 74 kq çəki dərəcəsində təmsil edən Cəbrayıl Həsənov ilk görüşünü keçirib.

7news.Az xəbər verir ki, Həsənov mübarizəyə 1/8 finaldan başlayıb.

Avropa çempionumuz kolumbiyalı Karlos Arturo İzkierdo Mendeslə gücünü yoxlayıb. Döyüş həmyerlimiz üçün asan keçib. O, cəmi 2 dəqiqə 40 saniyə davam edən görüşdə vaxtından əvvəl qələbə qazanıb - 10:0.

O, 1/4 finalda Yakob Makaraşvili (Gürcüstan) - Georgi İvanov (Bolqarıstan) cütünün qalibi ilə qarşılaşacaq.

Xəbər lenti