XƏBƏR AXIŞI

Ramiz Zeynalovun əziyyətini “xərcləyən” DYP-çiləri SİZ DƏ TANIYIN: CEYHUN CAHANGİROV VƏ RƏSUL SÜLEYMANOV KİMƏ GÜVƏNİR?

  • 1874 nəfər oxuyub

Son zamanlar İCMAL.az saytına Dövlət Yol Polisi əməkdaşlarının qanunsuzluqları ilə bağlı şikayətlər daxil olmaqdadır. Şikayətlərin bir qismi DYP-çilərin qanunsuz saxlamaları ilə bağlıdırsa, digər bir qismi sürücülərə qarşı aqresiv olmalarından qaynaqlanır.

Redaksiyamıza müraciət edən sürücü Elşən Məmmədov 99 YP 493 avtomobil qeydiyyat nişanlı DYP-çilər serjant CEYHUN CAHANGİROV VƏ serjant RƏSUL SÜLEYMANOVla bağlı şikayət ünvanlayıb. Şikayətçinin sözlərinə görə bu DYP işçiləri sistemli şəkildə bir neçə istiqamətdə cinayət tərkibli fəaliyyətlə məşğuldurlar. Bəzi "qaraçıları” gecələr avtobil qəzasında istifadə etməkdən tutmuş, "ayıq sürücü”lərlə birgə sərxoş sürücülərin başına açdıqları oyuna qədər müxtəlif istiqamətlərdə külli miqdarda vəsait mənimsəməkdədirlər.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov ölkə rəhbərliyinin və Azərbaycan Respublikasının daxili işlər naziri, polis general-polkovniki Ramil Usubovun tapşırıqlarına müvafiq olaraq irimiqyaslı tədbirlər, layihələr həyata keçirməkdədir. Bugün DYP sahəsində aparılan islahatlar təqdirə layiqdir. Lakin ümumi sitemdə CEYHUN CAHANGİROV VƏ RƏSUL SÜLEYMANOV kimi kadrların olması ümumi işə ciddi xələl gətirir və cəmiyyətdə DYP-dən narazı olan kütlənin formalaşmasına şərait yaratmış olur.

Məsələ ilə bağlı tərəflərlə əlaqə saxlamağa çalışsaq da səyimiz heç bir nəticə vermədi.

İCMAL.az