Ramil Həsənov Qazaxıstan XİN-in medalına layiq görülüb

Ramil Həsənov Qazaxıstan XİN-in medalına layiq görülüb

Türk Şurasının baş katibi Ramil Həsənov  Qazaxıstan xarici işlər nazirliyinin medalına layiq görülüb.

 

Türk Şurasının fəaliyyətindəki uğurlarına görə, Şuranın baş katibi Ramil Həsənov, Qazaxıstan xarici işlər nazirliyinin  medalı ilə təltif edilib.

 

Ramil Həsənova medalı Türk Şurası xarici işlər nazirləri şurasının   Nyu-Yorkda keçirilən qeyri-rəsmi 7-ci toplantısında Qazaxıstanın xarici işlər naziri  Kayrat Abduraxmanov təqdim edib. Baş katib Ramil Həsənov medalla təltif olunmasına görə, dərin məmnuniyyət duyduğunu bildirib.

 

Qeyd edək ki, mərkəzi  qərargahı İstanbulda olan və Türk dilli ölkələr arasında iqtisadi-mədəni əlaqələrin gücləndirilməsinə xidmət edən Türk Şurası 2010-cu ilin sentyabrında yaradılıb./apa

 

7news.Az

Xəbər lenti