Qızların telefonlarını oğurlayan şəxs cinayət başında yaxalandı

Qızların telefonlarını oğurlayan şəxs cinayət başında yaxalandı

Dünən iki qız Bakı Dövlət Universiteti yaxınlığında xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşlarına müraciət edərək, mobil telefonlarının oğurlandığını bildiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 7news.Az-a verilən məlumata görə, bu zaman yaxınlıqdan bir şəxsin qaçaraq, ərazini tələsik tərk etməsi polis əməkdaşlarının gözündən yayınmayıb.

Dərhal görülən tədbirlərlə həmin şəxs yaxalanıb.

Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə gətirilən şübhəlinin üzərinə baxış keçirilib, "Samsung" və "İphone 7" markalı mobil telefonlar aşkar edilərək, maddi sübut kimi götürülüb. Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Elman Əliyev olduğu, oğurladığı mobil telefonların isə Bakı Dövlət Universitetinin tələbələri olan qızlara məxsus olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.

7news.Az

Xəbər lenti