XƏBƏR AXIŞI

“QHT Məktəbi”–nin Payız təlimləri başa çatdı - FOTOLAR

  • 49 nəfər oxuyub

Gənclər üçün Təhsil Mərkəzi və Azəbaycan Turizm və Menecment Universiteti-nin birgə həyata keçirdiyi "QHT Məktəbi”-nin növbəti məzunlarının buraxılışı münasibəti ilə mərasim keçirilib .

Tədbiri giriş sözü ilə açan Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirmişdir ki , 5 noyabr 2015-ci il tarixində ATMU "Biznes idarəçiliyi” fakültəsi və "Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyi arasında bağlanmış memoranduma əsasən vətəndaş cəmiyyəti institutlarının kadr potensialını artırmaq məqsədi ilə, "QHT Məktəbi”nin payız təlimlərinə start verilmişdir. Əməkdaşlıq memorandumunun şərtləri nəzərə alınmaqla təlim iştirakçılarına "QHT fəlsəfəsi”, "QHT-lərin yaradılması”, "QHT-lərdə ictimaiyyətlə əlaqələr”, "QHT-lərdə layihələrin yazılışı”, "QHT-lərdə mətbuatla işin təşkili”, "QHT-lərdə maliyyə axtarışı və maliyyə resurslarının idarəetməsi” və "QHT-lərdə insan resurslarının idarə olunması” kimi əhəmiyyətli mövzular tanınmış mütəxəssislər tərəfindən tədris edilmişdir.

Tədbirdə iştirak edən Azərbaycan Dövlət Pedaqoji Universiteti-nin rektoru professor Cəfər Cəfərov keçmiş SSRİ məkanında ilk dəfə 2002-ci ildə Azərbaycanda yaranan "QHT Məktəbi”-nin başlıca məqsədinin vətəndaş cəmiyyəti institutları üçün kadr hazırlığı ilə bərabər, QHT sektoru ilə maraqlanan şəxslərin bilik və bacarıqlarının artırılmasından ibarət olduğunu diqqətə çatdırmışdır.

 

Azəbaycan Turizm və Menecment Universitetinin "Biznes idarəçiliyi” fakültəsinin dekanı Sənan Əliyevin çıxışında isə qeyd olunmuşdur ki, QHT fəlsəfəsini, konsepsiyasını, prinsiplərini təbliğ edən və QHT nümayəndələrinin bilik-bacarığını artırmaq istiqamətində fəaliyyət həyata keçirən "QHT Məktəbi" ni ictimai sektorun akademik layihəsi hesab etmək olar. Xüsusən layihə 4 istiqamət üzrə həyata keçirilib ki, bura layihə çərçivəsində QHT-lərin yaradılması və idarə olunması sahəsində təlimlərin təşkili, məsləhət xidmətlərinin keçirilməsi, təcrübə proqramlarının təşkili daxildir.

Qeyd edək ki . "QHT Məktəbi” –nin 2016-cı il payız təlimlərini 26 iştirakçı uğurla bitirərək hər iki tərəfdaş qurumun diplomu ilə təltif edilmişdir.



 
7News.Az