Qəbələdə tanınmış hoteldən 15 min dollar oğurlandı

Qəbələdə tanınmış hoteldən 15 min dollar oğurlandı

Qəbələ rayonunda yerləşən "Qafqaz Qəbələ City Hotel”dən oğurluq olub.

Hotelin kassasından 15 min ABŞ dolları oğurlanıb.

Polisin araşdırması nəticəsində hotelin kassasından pul oğurlayan şəxsin hoteldə işləyən 1986-cı il təvəllüdlü Ruslan Rəsulov olduğu müəyyənləşdirilib. Həmin şəxs saxlanılıb. Məlum olub ki, o, müxtəlif vaxtlarda hotelin kassasından 15 min dollar oğurlayıb.

Qeyd edək ki, R.Rəsulov hoteldə əvvəllər kassir köməkçisi, daha sonra kasir əvəzi işləyib.

Fakt üzrə araşdırmalar davam etdirilir./report

 

7news.Az

Xəbər lenti