Qaçan avtoritetlərə görə 3 nəfər saxlanıldı

Qaçan avtoritetlərə görə 3 nəfər saxlanıldı

Bu gün ölkə gündəmini zəbt edən məhbusların qaçışı ilə bağlı yeni məlumat var.

Bakı-Astara-Bakı qatarında Şirvana aparılan məhbuslar Etibar Məmmədov və Əli Ağami qaçdığına görə Penitensiar Xidmətdə fəaliyyət göstərən qarovul rəisi və digər 2 əməkdaş barəsində saxlanılma qərarı çıxarılıb.

Belə ki, məhbusların etap edilməsinə cavabdeh olan şəxslər məsuliyyətə cəlb olunub. 

Hazırda qaçan məhbusların axtarışı davam etdirilir.

Məlumata göə, onların yeri də müəyyənləşdirilib və qısa zamanda həbs ediləcəkləri gözlənilir.

Xatırladaq ki, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda paytaxtda gətirilən məhbuslar Əli Ağami (1983-cü il təvəllüdlü) və Etibar Məmmədov (1980-cı il təvəllüdlü) qaçıblar. Qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağami və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib.

Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar. /qafqazinfo

 

7news.Az

Xəbər lenti

Krasnoselsk, rayonu', ), ), ); ?>