XƏBƏR AXIŞI

Prezidentdən əhaliyə şad xəbər

  • 7847 nəfər oxuyub
İcra hakimlərinin halqası daralır: prezidentin növbəti fərmanında müdhiş detallar
 
Azərbaycanda icra hakimiyyəti strukturlarının ləğvi prosesi mərhələli şəkildə gedir. Vilayətlərin yaradılması haqda planın reallaşması üçün icra hakimiyyətlərinin səlahiyyətləri azaldılır. Eynilə Nəqliyyat Nazirliyinin yaşadığı talenin analojisini yaşamaqdadırlar. 


Bu barədə Politika.Az-a verilən məlumata görə, rayon icra hakimiyyətləri "bir həsir, bir məmmədnəsir” vəziyyətinə gətiriləcək. 


RİH-lərin səlahiyyətlərinin getdikcə azalması onların funksionallığını əhəmiyyətsiz edəcək. 


Yəni icra hakimiyyətləri mənasız bir struktura çevriləcək və fəaliyyəti istiqaməti daralacaq. 


Ölkədə iqtisadi böhrandan irəli gələn bu şərait icra hakimiyyətlərinin lazımsızlığını ortaya qoyur. Əslində RİH-lər çoxdan ləğv olunmalıdır. 


Bunu deputatlar da, ayrı-ayrı hökumət rəsmiləri də dilə gətirib. Amma bu struktur islahatı radikal formada deyil, mərhələli yolla həll olunur. 


Prezident İlham Əliyevin Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında fərmanı da məhz icra başçılarının əl-qolunun bağlanmasının tərkib hissəsidir.


Yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılır.


Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, yerli icra hakimiyyəti orqanlarına tapşırılıb və Bakı şəhərinin inzibati ərazi vahidi hüdudlarında təşkil olunmuş bələdiyyələrə tövsiyə olunub ki, Bakı şəhəri üzrə ərazi planlaşdırılması sənədlərinin sifarişi ilə bağlı verilən layihə tapşırıqlarında şəhərin ərazisinin baş və müfəssəl planlarında şəhərsalma məqsədləri baxımından tikintilərin növü və miqyası ilə bağlı torpaqlardan istifadəsi təsbit edilmiş ərazilərin zonalaşdırılması zamanı həyətyanı torpaq sahələri olan yaşayış evləri tikiləcək zonaların planlaşdırılmasına yol verilməsin.


"Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti 2017-ci il martın 1-dək Bakı şəhərinin ərazisinin peyk təsviri vasitəsilə ortofotolarının hazırlanmasını təmin edib bu barədə Azərbaycan prezidentinə məlumat verməlidir. 


Bundan əvvəl də icra hakimiyyətlərinin səlahiyyətləri azaldılıb.


Oktyabrda yerli icra hakimiyyəti başçılarının iki səlahiyyəti ləğv edilib. Bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” fərmanda əksini tapıb.


Fərmana əsasən, yerli icra hakimiyyəti başçılarının mədəni-maarif idarələrinin işini təşkil etmək və Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdıraraq nazirliyin yerli bölmələrinin rəhbərlərini təyin etmək səlahiyyətləri ləğv olunub.


İnsanlar RİH-lərinin ləğv edilərək səlahiyyətlərinin ASAN xidmətə verilməsini arzulayır. Bu bürokratiyanın, rüşvətin kökünün kəsilməsinə xidmət edəcək. 


Bəzi icra başçıları keçmiş həmkarlarının taleyini yadırğayıblar. Belə olmasaydı bu gün bəzi regionlarda əhalini dövlətin üstünə qaldırmaq üçün özbaşınalıq, harınlıq, dələduzluq etməzdilər. 


Bu gün insanların problemləri əksər RİH-də həll olunmur, süründürməçiliyə məruz qalırlar, incidilirlər. Buna son qoymağın zamanı çoxdan çatıb və xalq prezidentin qərarını gözləyir.//Politika.Az
 
7News.az