XƏBƏR AXIŞI

Pivə içən “molla” təxribatçı imiş - FOTO

  • 307 nəfər oxuyub

Sosial şəbəkələrdə başı papaqlı, cibində təsbeh olan din xadiminin spirtli içki - pivə içdiyi yerdə çəkilmiş fotosunun paylaşımı ciddi müzakirələrə səbəb olub. Əksəriyyət soruşur: dini rituallara "sidq ürəklə” əməl edən bu kəs necə spirtli içki içə bilir?! Bu dini qaydalara zidd deyilmi?

Şəklin harda, nə vaxt çəkildiyi, pivə içən şəxsin gerçəkdə mola olduğu, onun kimliyi bəlli deyil. Amma bu şəkil müzakirələrə qoşulanların əlinə din xadimlərini asıb-kəsmək üçün yaxşı şans verdiyini vurğulamaq olar..  Hətta onun şəninə "Vur getsin molla əmi, vur bədənə,
Rəhmət olsun səni qoyub gedənə..." rədifli şeir də qoşanlar var...

"Məşədi Dadaş” məscidinin imam-camaatı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmisi Hacı Şahin Həsənli Modern.az-a açıqlamasında deyib ki, din xadiminin bu formada görüntülənməsi məsələsində təxribat əməli ola bilər.

"Sosial şəbəkələrdə insanlar istənilən addımı ata bilirlər. Ona görə də belə təqdimatlar çox vaxt doğru olmur. Burda təxribat əməli də ola bilər. Çünki hansısa din adamı əlində içki şüşəsi belə işlərlə məşğul olmaz. Dini gözdən salmaq üçün bəzi insanlar müxtəlif vasitələrə əl ata bilərlər. Ona görə də bu, növbəti addım ola bilər. Aydın məsələdir ki, dinimiz bu əməllərə yol vermir deyə hansısa din xadimi İslamın qadağan etdiyi bir əməli nümayiş etdirməz və etdirməməlidir. Bu tip insanların çox zaman dinə aidiyyatı olmur”.

Hacı Şahin Həsənlinin sözlərinə görə belə məsələlər QMİ-də araşdırılmır.

"Həmçinin, bu cür hallara QMİ-də önəm verilmir. Çünki sosial şəbəkələrdə insanlar istədiyi şeyləri yayırlar. Hansısa bir yerdə tanınmış din xadimi belə bir əməl etməz. Bunu din adamına təxribat kimi də qiymətləndirmək olar. Bəzən hansısa formada dindarları məsxərəyə qoymaq, gülüş obyektinə çevirmək üçün bunu edirlər. Yaxud da dini gözdə salmaq üçün bunu edə bilərlər. Belə insanlar QMİ tərəfindən araşdırılmır. Çünki onların bizim quruma heç bir aiddiyyatı yoxdur”. 

QMİ rəsmisi deyir ki, bu vaxtda qədər belə dindarlarla bağlı quruma şikayət daxil olmayıb.

"Bu vaxta qədər QMİ-yə bu cür "mollalar”la bağlı şikayətlər daxil olmayıb. Yəni hansısa mollanın dini ritualları pozması barədə bizdə fakt yoxdur. Belə hallar olarsa, deməli, onlar din xadimi deyil”