“O bank rəhbərləri məsuliyyətə cəlb edilməlidir” - Vahid Əhmədovdan sərt açıqlama

Dövlət başçısı bildirib ki, ötən il ölkə iqtisadiyyatına ən böyük zərbə vuran bank sektoru olub. Prezident bu sektorun təmizlənməsi, sağlamlaşdırılması, şəffaflaşması, beynəlxalq standartlara uyğunlaşması istiqamətində ciddi addımlar atılacağının anonsunu verib. Bildirib ki, qanunu pozan şəxslərə qarşı bundan sonra da ciddi mübarizə aparılacaq.
Prezidentin açıqlamasını şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov hesab edir ki, bank sektorunun sağlamlaşdırılması, şəffaflaşdırılması öndə gedən məsələlərdən biridir: "Bank sistemi ilə bağlı məsələ 2016-ci il boyu gündəmdə olub. Çünki prezident də vurğuladığı kimi, Azərbaycan iqtisadiyyatına 2016-ci ildə ən böyük zərbəni bank sistemi vurub. Mütəmadi olaraq biz bunu Milli Məclisdə və mətbuatda da qaldırmışıq ki, bank sistemində sağlamlaşdırma sistemi getməlidir. Çox təəssüflər olsun ki, bu baş vermədi. Düzdür, Maliyyə Bazarlarına Nəzarət Palatası müəyyən işlər gördü, diaqnostika apardı. Hətta bankları birləşdirməyə çalışdı. Amma alınmadı. Nəhayət 10 bankı bağladılar. Biz heç vaxt bankların bağlanmasının tərəfdarı olmamışıq. Biz bankların tənəzülləşməsinin tərəfdarı olmuşuq ki, iri banklar yaradılsın. Çünki bu zaman həmin banklarda iri kapitallar və kreditləşmə yüksək səviyyədə olur. 2016-ci ildə bu prosesin üzərində müəyyən qədər işlədilər. Amma real olaraq fakt ondan ibarətdir ki, bu gün də bank sektorunda ciddi problemlər var”.
Vahid Əhmədov bildirib ki, əsas məsələlərdən biri də bank sektorunda şəffaflığın olmasıdır: "Bank sektorunda dollarla götürülən kreditlərlə bağlı mən və həmkarım Əli Məsimlinin təklifləri var idi. O təkliflər bu günə qədər icra olunmur. Əgər o təkliflər icra olunsa, həm bank sisteminə xeyir olar, həm də əhali müəyyən qədər bu bəladan qurtular. Bu ən ciddi problemlərdən biridir. Bank sektorunda şəffaflıq olmalıdır”.
Millət vəkili bankların dollar satmamasıyla bağlı məsələyə də reaksiya verib: "Hazırda banklarda dollar satılmır. Niyə? Amma Mərkəzi Bank və Neft Fondu dollar satır. Bunu da banklar alır. Lakin qara bazarda dollar var. Yəni burada ciddi məsələlər var. Hazırda bank sektorunda şəffaflıq prinsipi faktiki olaraq yoxdur”.
Deputat vurğulayıb ki, bu gün bank sistemində yalnız hansısa bankın rəhbərliyini dəyişməklə məsələnin həll olunduğunu düşünmək olmaz: "Bank rəhbərliyini dəyişməklə məsələnin bitmiş olduğunu hesab edirik. Amma bu belə deyil. Onların hamısı məsuliyyətə cəlb olunmalıdır. Çünki onlar insanları incidirlər, yüksək faizlə kredit verirlər. İnsanlar bankların qarşısında dayanmamalıdır. Banklar gedib insanlara yalvarmalıdır ki, gəlin kredit götürün. Bu sistemi tamamilə dəyişmək lazımdır”.//bakipost.az
7News.az
Xəbər lenti
-
18:20QHT sədri Prezidenti təbrik etdi
-
18:02“Nar”-dan autizmli uşaqlara dəstək aksiyası
-
17:44“Bakcell” əlil uşaqlar üçün inklüziv təhsil təşviq edir - FOTO
-
17:18“Loqos” da xalq şairi Nəriman Həsənzadə ilə görüş keçirilib
-
16:57Yol polisi Bakıda “Niva” ilə qayda pozur - VİDEO
-
16:50Tramp: Neftin qiymətləri çox şişirdilib - FOTO
-
16:42Növbədənkənar seçkilər keçirməkdə Ərdoğanın niyyəti nədir?
-
16:35Sabah Azərbaycanda yeni baş nazir seçiləcək
-
16:28At minmək iranlı deputata baha başa gəldi
-
16:26Kral Salman İlham Əliyevi təbrik etdi
-
16:21Prezident İlham Əliyev Əli Həsənovu ordenlə təltif edib
-
16:21"4 ildir arvadını sevirəm" deyib, qardaşını öldürdü
-
16:14“Formula-1”-də yaralananlar üçün iki xəstəxana ayrıldı
-
16:11İlham Əliyev yeni metro qatarları ilə tanış olub
-
16:07Azərbaycanlı hərbçilər MDB-nin iclasında iştirak edir
-
16:00Ayseli qucağına aldığına görə Sərxanı təhqir etdilər, əsəbiləşdi: "Qeyrətsiz..."
-
15:52İranda xarici sosial şəbəkələrdən imtina üçün 1 həftə vaxt verildi
-
15:45Azərbaycanlı ata 5-ə qədər saya bilmədiyi üçün 4 yaşlı qızına işgəncə verdi - FOTO
-
15:38“JEK”in qadın əməkdaşını öldürənə 18 il həbs verildi
-
15:31Baş həkim icra başçısının müavini təyin olundu
-
15:27Direktoru maşını məktəbin həyətində saxlayır, şagirdləri qovur - 316 SAYLI MƏKTƏBDƏ BİABIRÇILIQ
-
15:24Türkan Şoraydan üzücü xəbər gəldi
-
15:17“KİV haqqında” qanuna dəyişiklik edilir
-
15:1015 yaşlı qız "ruh"la cinsi əlaqədə oldu, "ruh" həbs olundu - FOTO
-
15:06SON DƏQİQƏ:Bakıda yataqxanada yanğın, sakinlər təxliyə edilib
-
15:03Saatlı sakini bədbəxt hadisə nəticəsində öldü
-
14:56Berlində bomba həyəcanı: 10 min nəfər təxliyyə edilir
-
14:55Bu deputat prezidentliyə iddialıdır
-
14:49Türkiyədən ev alan azərbaycanlıların sayı bəlli oldu
-
14:46İlham Əliyev Kuba Dövlət Şurasının sədrini təbrik edib
-
14:42Siqaretlə bağlı daha bir - QADAĞA
-
14:35Generallara hökm oxunacaq - Tarix açıqlandı
-
14:28NATO generalı Zakir Həsənovla danışıqlarda - FOTO
-
14:21“Cümhuriyyət Ordusunun Qarabağ döyüşləri” sənədli filmi çəkilir
-
14:18Yunanıstan Fransadan bu gəmiləri icarəyə götürəcək
-
14:14Qlobal neft ehtiyatları azalıb
-
14:07Bakıda yeni kartinq mərkəzi açılıb
-
14:00Sinoptiklər yağış və dolu vəd edirlər
-
13:53SON DƏQİQƏ:Şagirdləri daşıyan 2 tur avtobusu toqquşdu: yaralılar var - VİDEO
-
13:51Türkiyə ABŞ-dakı qızıl ehtiyatlarını geri çəkdi
Digər xəbərlər
-
İqtisadiyyat
Tramp: Neftin qiymətləri çox şişirdilib - FOTO
-
İqtisadiyyat
Türkiyədən ev alan azərbaycanlıların sayı bəlli oldu
-
İqtisadiyyat
Qlobal neft ehtiyatları azalıb
-
İqtisadiyyat
Türkiyə ABŞ-dakı qızıl ehtiyatlarını geri çəkdi
-
İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
-
İqtisadiyyat
Manatın valyutalara nisbətdə məzənnəsi - RƏSMİ
-
İqtisadiyyat
Qara qızıl ucuzlaşdı
-
İqtisadiyyat
"SOCAR Polymer”: "İşçilərin etiraz aksiyası keçirməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir"
-
İqtisadiyyat
Dolların sabaha olan məzənnəsi