XƏBƏR AXIŞI

“Nissan” piyadanı keçiddə vurdu - Foto

  • 39 nəfər oxuyub

Ötən gecə Abşeron rayonunun Müşviqabad qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şamaxı-Bakı yolu ilə hərəkət edən "99-GC-706” dövlət qeydiyyat nişanlı "Nissan" markalı avtomobili idarə edən Məmmədov Ağaəsgər Ağaibrahim oğlu piyada zolağı ilə hərəkət edən təxminən 20-25 yaşlı qızı vurub.

Sürücü yaralını 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib. Həkimlər vəziyyəti ağır olduğu üçün onu xəstəxananın Reanimasiya şöbəsinə köçürüblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinə məlumat verilib./report

 



7news.Az