Nəsimi rayonu 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2016-cı ilin yekunlarını müzakirə edib

11 Yanvar 2017, 16:30
11 Yanvar
2017
16:30
191
Ölkə rəhbərliyi tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğının artması nəticəsində Nəsimi rayonunda bir sıra işlər həyata keçirilmişdir.
Ötən il görülən işlərə yekun vurulması, onların təhlili və qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Nəsimi rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon ictimaiyyətinin iştirakı ilə Holiday Inn otelində keçirilən, 2016-cı ilin yekunlarına həsr olunan yığıncağında müzakirə olunmuş, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.
Hesabat məruzəsi ilə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İsgəndər Səfərov bildirmişdir ki, 51 minə yaxın sakinin yaşadığı və 2,39 kvadrat kilometr ərazini əhatə edən 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi nümayəndəliyi 2016-cı ildə öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsanamə” yə və Nəsimi rayon İcra Hakimiyyəti Başçısının sərəncam və tapşırıqlarına əsasən həyata keçirmişdir. Hər il olduğu kimi, 2016-cı ildə nümayəndəlik tərəfindən ev təsərrüfatlarının uçotu kitabları yoxlanılmış, aparılmış qeydlər bir daha dəqiqləşdirilmiş və bu işlər il ərzində mütəmadi olaraq davam etdirilmişdir. 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik fəaliyyəti dövründə əraziyə xidmət göstərən Mənzil Kommunal İstismar Sahələri və digər qurumlarla sıx əlaqə yaradaraq, rayon İcra Hakimiyyəti başçısının sərəncam və göstərişlərinin icra edilməsi məqsədilə onların fəaliyyətinin koordinasiya edilməsinə çalışmışdır. Ərazinin sanitar vəziyyəti, küçələrin süpürlməsi, məişət tullantılarının vaxtında daşınması daimi nəzarətdə saxlanılmış, aşkar edilmiş nöqsanların aradan qaldırılması istiqamətində operativ işlər görülmüşdür.
Mənzil Kommunal İstismar Sahələri tərəfindən yaşayış binalarında təmirə ehtiyacı olan dam örtükləri, su axıdıcı borular, keçid meydançaları və pilləkən qəfəsləri cari təmir olunmuşdur. Ölkə başçısının tapşırığına əsasən, fevral ayının 15-dən may ayının 2-nə qədər respublikanın bütün bölgələrində olduğu kimi,xidməti ərazidə də əhalinin pulsuz tibbi müayinədən keçirilməsi tədbirləri uğurla davam etdirilmişdir. Bununla əlaqədar inzibati ərazidə yaşayan sakinlər arasında təşkilati-izahat işləri aparılmış, 1, 3, 5 saylı poliklinikalarda tibbi müayinə xidmətləri təşkil edilmişdir. Hesabat dövründə vətəndaşların müraciətlərinə diqqət və qayğının artırılması, məsuliyyətli yanaşmanın təmin edilməsi ilə bağlı Rayon İcra Hakimiyyəti tərəfindən verilən tapşırıqların icrası daim nəzarətdə saxlanılmışdır. Vətəndaşların qəbulu müəyyən olunmuş qrafikə uyğun olaraq həyata keçirilmiş, qəbullarda qaldırılan məsələlərlə bağlı operativ tədbirlərin görülməsi, müvafiq izahatların verilməsi təmin olunmuşdur. Yığıncaqda çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov bildirmişdir ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi, iqtisadi kurs 2016-cı ildə böyük nailiyyətlərlə əlamətdar olmuş, ölkəmizdə daxili və xarici siyasətdə bir sıra mühüm uğurlara imza atılmışdır. Qeyd etmişdir ki, başa vurduğumuz ildə bütün dünyada gedən mürəkkəb siyasi proseslərə, qlobal iqtisadi böhranlara baxmayaraq, Azərbaycanda hərtərəfli sosial- iqtisadi inkişaf davam etmiş, Prezident İlham Əliyevin balanslaşdırılmış və düşünülmüş siyasi-iqtisadi strategiyası sayəsində ölkənin dinamik inkişafı, əhalinin rifah halının daha da yaxşılaşdırılması, habelə, ölkəmizin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsi, milli dövlətçilik maraqları təmin edilmişdir.
2016-ci ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat vermiş, qeyd etmişdir ki, ölkə başçısının tapşırıqlarına əsasən rayon ərazisində aparılan abadlıq quruculuq işləri davam edəcəkdir. Asif Əsgərov bildirmişdir ki, Bakı şəhərinin rayonlarının sosial-iqtisadi inkişafının surətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli Qərarının icrası ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə rayon ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə cavab verən yeni binaların tikilməsi işinə ötən il start verilmiş, Şamil Əzizbəyov, Səməd Vurğun, Mərdanov qardaşları və Salatın Əsgərova küçələrinin əhatə etdiyi ərazidə sakinlərin köçürülməsinə başlanılmışdır. Yığıncaqda "Azintur” Səhmdar Cəmiyyətinin sədri Aydın Heydərov, rayon sakinlərindən Arzu Zeynalova , Rafiq Hacıyev, xalq artisti Ramiz Quliyev və başqaları çıxış edərək respublikada aparılan quruculuq işlərinin, həyata keçirilən böyük sosial və infrastruktur layihələrinin, aparılan islahatların xalqın rifahının yüksəldilməsinə yönəldiyini bildirmişlər. Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılmışdır.
7News.az






Xəbər lenti
-
10:49Azərbaycan nefti bahalaşıb
-
10:42Manatın valyutalara nisbətdə məzənnəsi - RƏSMİ
-
10:35“Siqaret çəkmək qəti qadağandır” sözü dəyişdirildi
-
10:28Neftçala sakini özünü bıçaqlayıb
-
10:21Məmurların "saxladığı" qadınların özbaşınalğı
-
10:20Ştaynmayer: Azərbaycanda Almaniyanın dəstəyinə güvənə bilər
-
10:16SON DƏQİQƏ Azərbaycanda yüksək vəzifəli məmur işdən azad edilir - FOTO
-
10:14Bakıda qəza baş verib: Ölən var
-
10:07Qara qızıl ucuzlaşdı
-
10:00Evindən televizor aparanı öldürənə hökm oxunub
-
09:50BU VƏZİFƏLİ ŞƏXSLƏR CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB OLUNACAQ – LAYİHƏ PARLAMENTDƏ
-
09:45Cəbhədə gərginlik davam edir
-
09:40"Mənə borcu qarşılığında arvadını təklif etdi" - Öz xalası oğlunu öldürdü - ÖZƏL VİDEO
-
09:30Əsəd fransız ordenindən imtina etdi
-
09:12SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı
-
23:13“RAHAT” marketdən oğurluq: Oğru cinayət başında yaxalandı - VİDEO
-
18:55"SOCAR Polymer”: "İşçilərin etiraz aksiyası keçirməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir"
-
18:00Elmira Süleymanova: Aliment fondu yaradılmalıdır
-
17:5125 yaşlı müəllimə intihar etdi - FOTO
-
17:46Finlandiyalı həmkarı İlham Əliyevi təbrik etdi
-
17:44Hacıya göndərmək istədiyi çılpaq VİDEOsu internetdə yayıldı
-
17:37Rusiya və NATO rəsmiləri Bakıda görüşdü
-
17:33Polşa prezidenti İlham Əliyevi təbrik edib
-
17:30Dəhşətli intihar! Kəlmeyi-şəhadəti deyib özünü aşağı atdı - VİDEO
-
17:26Dolların sabaha olan məzənnəsi
-
17:24Ombudsman sosial şəbəkələri hüquqi cəhətdən tənzimləməyə çağırdı
-
17:23Röyadan Tolikin söyüşlərinə KƏSKİN CAVAB: "Nəslinizin yeddi qatından..."
-
17:18Prezident Bakı-Rusiya dövlət sərhədi yolunun tikintisinə pul ayırdı
-
17:16Narkoloji Mərkəzin direktoru işdən çıxarılıb
-
17:15Gürcüstan prezidenti İlham Əliyevi təbrik edib
-
17:14İlham Əliyev Valeri Gerasimovu qəbul edib - YENİLƏNİB
-
17:09Azərbaycan dili fənnindən test imtahanı keçiriləcək
-
17:02Avtomobillərə pərdələrin vurulacağı vaxt açıqlandı
-
16:55Ermənilərin güllələdiyi azərbaycanlı oğlanın xəstəxanadan görüntüləri yayıldı - VİDEO
-
16:48Müəllim tərəfindən zorlanan süpürgəçi YOXA ÇIXDI - ƏRİ ONU AXTARIR
-
16:47TAP üzrə işlərin 80 faizi tamamlanıb
-
16:41Xeyriyyəçi Hacının adı bacıların davasında hallanır - Çılpaq videosunu...
-
16:34Sülhməramlılarımız vətənə qayıtdı - FOTO
-
16:27“Koroğlu” metrostansiyası bağlanır
-
16:20Hər kəsin gözü önündə cinsi əlaqəyə girdilər - BİABIRÇI GÖRÜNTÜ kameraya çəkildi - FOTO
19 Aprel 2018
Digər xəbərlər
-
Maraqlı
Aeroportda 1 milyon dollarlıq telefon oğurlandı - FOTO
-
Maraqlı
Hostinq xidməti göstərən yeni şirkət fəaliyyətə başlayıb
-
Maraqlı
Günəş sistemində ölü planet tapıldı
-
Maraqlı
Bu ilin ən maraqlı geyim trendi - Fotolar
-
Maraqlı
Adı “Bluetooth”a verilən kralın xəzinəsi tapılıb - FOTO
-
Maraqlı
Ərinin sevgilisi döydü, soyundurdu və saçlarını kəsdi - VİDEO
-
Maraqlı
Azərbaycanda qəbirlərdən GÖRÜN NƏLƏR ÇIXDI
-
Maraqlı
Belə də qadın təhlükəsizlik işçiləri olar? – FOTO+VİDEO
-
Maraqlı
Utandığından 25 il çimərlik geyimi... - FOTOLAR