XƏBƏR AXIŞI

Nərimanovda Şahmar İbadov “kabusu”

  • 261 nəfər oxuyub

İcra başçısının birinci müavinin özəl qaydaları etiraza səbəb olub

Bakının Nərimanov rayon sakinləri bir məmurun özəl qaydalarından beziblər. İcra başçısının birinci müavini Şahmar İbadovun qanunsuz qərarları rayonda narazılığa səbəb olub.

7news.Az realliq.info-ya istinadən xəbər verir ki, icra başçısının müavini qəbul saatlarında vətəndaşları dinləməyə borclu olsa da onu otağında tapa bilmirlər. Nərimanov rayonunda problemlərin əsas səbəbkarı olan bu məmur ölkə başçısının tapşırıq və tövsiyyələrinə də məhəl qoymur. . İcra başçısı Abdin Fərzəliyev də müavini önə verməklə çirkin məqsədlərini həyata keçirir.

Rayonun bir çox ərazilərində qanunsuz tikintilər yalnız Şahmar İbadovla razılaşdırılandan sonra tikilə bilər. Başçının birinci müavininin "hörmət”ini edənlər və onu razı salanlar qanunsuz yolla tikinti işlərini apara bilərlər.
Şahmar İbadovun əməllərindən olunan şikayətlər yuxarılara çatmır. "Azərpoçt”MMC-də özünə dost tapan birinci müavin onun qanunsuz əməllərini özündə əks etdirən şikayət məktublarını yoxa çıxara bilir.

Özünü rayonun əsas adamı hesab edən Şahmar İbadovun icra aparatında qruplaşma yaratdığı da məlumdur. Realliq.info qeyd edir ki, bu məmur rayonun tabeçiliyində olan idarə və təşkilatları da aylıq "sınağa” çəkir. Şahmar müəllimin haqqını verməyənlər mütləq qaydada cəzalanırlar.

Realliq.info –ya daxil olan məlumatlarda o da qeyd olunur ki, Şahmar İbadov var- dövləti ilə seçilən müavindir. Onun obyektləri və özünə tikdirdiyi villalar buna misal ola bilər. İcra başçısının müavininin milyonluq villasına baxıb xoş olmayan sözlər deyənlər də az deyil. Amma Şahmar müəllimi belə məqamlar narahat etmir. Öz dediyi kimi; "mən bu yaxınlarda icra başçısı olacağam”.

Qarşı tərəfində münasibətini öyrənməyə çalışacağıq./Realliq.info

 

7news.Az