XƏBƏR AXIŞI

Nadir: " Dedi ki, siz mənə şərəf verdiniz VƏ ..."

  • 141 nəfər oxuyub
Müğənni Nadir Qafarzadə "ATV maqazin onlarla" verilişinə açıqlama verib.
 
7News.az xəbər verir ki, sənətçi izləyicisi tərəfindən tənqidi mesaj aldığını bildirib:
"İnstaqramda bu yaxınlarda bir xanım mənə tənqidi fikirlər yazdı. Mən ona cavab yazdım. Dedi ki, siz mənə şərəf verdiniz, məni çox xoşbəxt etdiniz".

İfaçı son zamanlar maqazin verilişlərindən uzaq durmağa çalışdığını söyləyib:

"Mən öz işimlə məşğulam. Heç kim məndən hansısa sözünə cavab gözləməsin. Son zamanlar maqazin verilişlərindən uzağam. Məni çəkmək istədiklərini deyəndə isə nə sual verəcəklərini soruşuram. Kiminsə haqqında yox, özüm haqda suala cavab verəcəm. Heç kiminlə işim yoxdur, anormal insan deyiləm.1982-ci ildən bu yana hesablasaq tək gəlib Nadir Qafarzadə olmuşamsa, nə xoş mənə. Qazandığım hörməti itirə bilmərəm".

N.Qafarzadə efirdən toy tutan həmkarlarına sərt sözlər ünvanlayıb:

"Efirdə toy mahnısı oxuyur ki, toya çağırsınlar. Birini oxudun, bəs ikincini də istəyəcəklər axı. İkinci mahnını oxuya bilməyib, biabır olacaqsan. Bu fonoqram deyil axı.Onda səni təhqir də edəcəklər, döyəcəklər də. İnsan düşünməlidir ki, bu mahnını nə məqsədlə oxuyur". //big.az
 
7News.az