Müslüm Maqomayevin qızı olduğunu iddia edən şəxs verilişdə DNT testindən keçdi – VİDEO

Müslüm Maqomayevin qızı olduğunu iddia edən şəxs verilişdə DNT testindən keçdi – VİDEO

22 yaşlı Veronika Korotkova dünya şöhrətli azərbaycanlı müğənni Müslüm Maqomayevin qızı olduğunu iddia edib.

Sənətkarın qardaşı Yuri Rusiyanın "Birinci” kanalında yayımlanan "Na samom dele” proqramına gələrək, V.Korotkovanın söylədiklərini təkzib edib.

Buna görə Korotkova verilişdə yalan dedektoru və DNT testi vasitəsilə yoxlamadan keçib. Dedektor qızın söylədiklərini təqdiqləsə də, amma DNT testinin nəticəsi onun gözlədiyi kimi olmayıb. Testdən sonra məlum olub ki, o, M.Maqomayevin övladı deyil.

Buna baxmayaraq, V.Korotkovanın anası İrina Korotkova DNT testinin nəticələrindən razı qalmayıb və Veronikanın M.Maqomayevin qızı olduğunu deyib./oxu

7news.Az

Xəbər lenti