“Ümumrespublika yaşıllaşdırma marafonu” çərçivəsində Binəqədi rayonunda növbəti ağacəkmə aksiyası və ümumrayon iməciliyi keçirildi.

“Ümumrespublika yaşıllaşdırma marafonu” çərçivəsində Binəqədi rayonunda növbəti ağacəkmə aksiyası və ümumrayon iməciliyi keçirildi.
Binəqədi rayonunda Binəqədi Rayon İcra Hakimiyyətinin və Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə "Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyası və ümumrayon iməciliyi keçirildi. 
Tədbirdə RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, əməkdaşları, YAP Binəqədi rayon təşkilatının fəalları, BRİH- də təcrübə keçən ASAN könüllüləri, Binəqədi rayon, Rəsulzadə bələdiyyəsi, MKTB-nin əməkdaşları, Rayon Yaşıllaşdırma idarəsinin əməkdaşları , 283 saylı məktəbin müəllim və şagird kollektivi, 138 və 272 saylı bağçaların balaca fidanları iştirak etmişdirlər. 
Binəqədi rayonu 283 saylı məktəbin ərazisində gerçəkləşən aksiyada "Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi barədə aksiya iştirakçılarına məlumat verildi. Bildirildi ki, Heydər Əliyev Fondunun vitse prezidenti, İDEA İctimai Birliyinin təsisçi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və layihələr həyata keçirilib. Daha sonra dövlət başçısı cənab İlham Əliyevin diqqət ayırdığı sahələrdən biri kimi yaşıllıq sahələrinin genişləndirilməsi işinin Binəqədi rayonunda da uğurla həyata keçirildiyi bildirildi.
Aksiya zamanı ümumilikdə 400 ədəd ağac (50 ədəd – oleandra, 100 ədəd – zeytun, 250 ədəd – kiparis ) əkilmişdir. 
Ağacəkmə aksiyasından sonra rayonun 138 və 272 saylı bağçaların balaca fidanları və 283 saylı məktəbin şagirdlərinin ifasında "Təbiəti qoruyaq” adlı rəqs nümunələri nümayiş edilmişdir. 
Aksiyanın sonunda simvolik tort kəsilmiş və çay süfrəsi ətrafında aksiya xoş anlarla yekunlaşmışdır.
Məlumat üçün bildirək ki, ümumrayon iməciliyi çərçivəsində rayonun müxtəlif ərazilərində 2500-dən çox ağac əkilmişdir. 
 
7news.Az

Xəbər lenti