XƏBƏR AXIŞI

Mingəçevirdə sərnişin avtobusu traktorla toqquşub

  • 24 nəfər oxuyub

Mingəçevirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Energetik yaşayış massivində, Naxçıvan küçəsində baş verib.
7 saylı şəhərlərarası marşrut üzrə işləyən "Qazel" markalı mikroavtobus traktorla toqquşub. Nəticədə iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar - 1981-ci il təvəllüdlü şəhər sakini Paşayev Əhməd Paşa oğlu və 1988-ci il təvəllüdlü şəhər sakini Feyziyev Elman İmran oğlu dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır./report

 

7news.Az