XƏBƏR AXIŞI

Millimizin müdafiəçisini Sərgən Yalçın çalışdıracaq

  • 190 nəfər oxuyub

Azərbaycan millisinin müdafiəçisi Ufuk Budakın formasını geyindiyi "Kayserispor”un yeni baş məşqçisi bəlli olub.

Komandaya ikinci dövrədən etibarən Sərgən Yalçın rəhbərlik edəcək.

Hakan Kutlunun istefasından sonra dekabrın 6-dan bəri baş məşqçisiz qalan komanda artıq Yalçına əmanət ediləcək. Klub rəhbərliyinin gənc mütəxəssislə danışıqları müsbət nəticələnib. Sərgənin yaxın günlərdə rəsmi müqavilə imzalaması gözlənilir.

Qeyd edək ki, "Kayserispor”da baş məşqçi postuna digər namizəd Ərtuğrul Sağlam idi.

 

 

7news.Az