XƏBƏR AXIŞI

Millət vəkili Makedoniyada Ermənistanın işğalçılıq siyasətindən danışıb

  • 34 nəfər oxuyub

Millət vəkili Qənirə Paşayeva Makedoniyada Ermənistanın işğalçılıq siyasətindən danışıb və çağırış edib. Makedoniyada aydınların, fəal gənclərin, QHT və KİV nümayəndələrinin iştirakı ilə keçirilən tədbir zamanı çıxış edən millət vəkili Q.Paşayeva Azərbaycanın tarixi, bu günü, iqtisadiyyatı, mədəniyyəti, turizm imkanları, Azərbaycan-Makedoniya münasibətlərinin getdikcə daha da inkişafı ilə yanaşı Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, minlərlə azərbaycanlını qətlə yetirməsi, soyqırım törətməsindən də danışıb: "Ermənistan Xocalı, Qaradağlı, Bağanıs-Ayrım soyqırımlarını törədib. Minlərlə azərbaycanlını əsir və girov götürərək onlara qarşı amansız işgəncələr həyata keçirib, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsinin və digər beynəlxalq təşkilatların Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən qətnamələri yerinə yetirmir. 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz evinə dönməsinə imkan vermir.” Şair-yazar, Atatükr Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, Türk dünyasının tanınmış aydınları Şəmşəddin Kuzəçi, Güllü Qərənfilin də iştirak etdiyi tədbirdə millət vəkili Q.Paşayeva Azərbaycan həqiqətlərinin Makedoniya ictimaiyyətinə daha geniş çatdırılması istiqamətində makedoniyalı gənc fəalların, aydınların, QHT və KİV təmsilçilərinin öz səylərini daha da artıracağına inandığını dilə gətirib. O bildiirib ki, harada doğulub harada yaşamasından, entik mənsubiyyətindən və dini kimliyindən asılı olmayaraq ədalətin, insanlığın yanında olan hər bir insan Ermənistanın törətdiyi vandadlizm aktlarına, soyqırımlara laqeyd qalmamalı, buna qarşı öz etiraz səsini ucaltmalı və ədalətin, Azərbaycanın haqlı mübarizəsinin yanında olmalıdır. Millət vəkili Q. Paşayeva tədbir zamanı onlara Azərbaycan mədəniyyəti ilə bərabər Qarabağ həqiqətlərinə dair materiallar, kitablar və sənədli filmlər də təqdim edib və onları Azərbaycana dəvət edib. Gənc fəallar, aydınlar, QHT və KİV təmsilçiləri Azərbaycan və Makedoniya arasında əlaqələrinin daha da artması üçün çalışacaqlarını deyiblər. Millət vəkili Q.Paşayeva tədbirdən sonra Makedoniyanın bir sıra KİV-nə müsahibələr verib və onları maraqlandıran sualları da cavablandırıb. Millət vəkili Q.Paşayeva həmçinin Makedoniyada yaşayan Türk icmasının fəalları, siyasətçiləri, QHT və KİV təhbərləri ilə də görüşüb və geniş fikir mübadiləsi aparılıb. Millət vəkili Q.Paşayeva bildirib ki, Azərbaycanla bağlı, Qarabağ problemi, Xocalı soyqırımı ilə bağlı məlumatların bu ölkədə daha da geniş yayılmasında qardaş-bacılarımızdan səyləri daha da artırmalarını gözləyirik. Azərbaycanla bağlı, Qarabağ həqiqətlərinə dair Makedoniya dilində kitabın çıxması, əməkdaşlığın daha da genişlənməsi istiqamətində konkret layihələr ətrafında geniş müzakirələr aparılıb. Bu mövzular millət vəkili Q.Paşayevanın Makedoniyada Yunus Emre İnstitutunun bu ölkədəki nümayəndəliyini ziyarəti zamanı da əsas diqqət mərkəzində olub. Millət vəkili Q.Paşayeva Makedoniyada görüşdüyü bütün Türk kökənli siyasətçilər, ictimai fəallar, QHT və KİV rəhbərlərinə Azərbaycanla bağlı, Qarabağ problemi və Xocalı soyqırımı həqiqətləri ilə bağlı çoxlu materiallar hədiyyə edib.