XƏBƏR AXIŞI

Məşhur futbolçunun anası: “Oğlumun Türkiyədən ayrılması üçün hər gün dua edirəm”

  • 121 nəfər oxuyub

Türkiyədə baş verən terror hadisələri ölkə futboluna da təsirsiz qalmır.

7News.az xəbər verir ki, "Qalatasaray”ın hollandiyalı futbolçusu Uesli Sneyderin ailəsi də bu barədə çox narahatdır. Məsələ ilə bağlı ölkəsinin mətbuatına danışan 32 yaşlı yarımmüdafiəçinin anası Slviya oğlunun İstanbuldan ayrılması üçün hər gün dua etdiyini bildirib:

"Oğlum və ailəsi yeni ili Türkiyədən kənarda qarşılayırdı. Əgər orda olsaydılar... Ağlıma gətirmək istəmirəm ki, necə olardı. Hər gün yeni bir partlayış olmaması üçün dua edirəm. Uesli futbol oynamaq üçün yenə İstanbula gedəcək. Ancaq hər gün oradan ayrılması üçün dua edirəm”.

Qeyd edək ki, Sneyder 2013-cü ildən "Qalatasaray”da çıxış edir. Klubu ilə 2018-ci ilin yayına qədər müqaviləsi olan təcrübəli futbolçu mətbuata açıqlamasında İstanbul nəhəngindən ayrılmaq fikrində olmadığını deyib.

7News.az