XƏBƏR AXIŞI

"Mənim Təhsilim, Mənim Gələcəyim!" kampaniyası cənab Prezidenti təbrik etdi

  • 527 nəfər oxuyub
Hörmətli cənab Prezident İlham Əliyev!
Sizi "Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyası adından 55 illik yubileyiniz münasibəti ilə təbrik edirik və ən xoş arzularımızı səmimi olaraq çatdırırıq!
Biz Azərbaycanda fəaliyyət göstərən, təhsil və maarifçilik dəyərlərini təbliğ edən kampaniya olaraq dövlətin arxalana biləcəyi təhsilli və aydın gənclərdən ibarət vətəndaşların formalaşması istiqamətində çalışırıq. İnanırıq ki, təhsilli və maariflənmiş gənc daim üzərinə düşən məsuliyyəti anlayaraq dövlətinin tərəqqisi üçün fəaliyyət göstərəcəkdir.
Sizin hər zaman gənclərin səmimi dostu olmağınız gördüyümüz işlərin ən böyük stimuludur. Sizə inamımız bizə göstərdiyiniz sayğının və inamın nəticəsidir.
İnanırıq ki, güclü təhsil güclü dövlət deməkdir. Sizin də hər zaman təhsilə olan diqqətiniz vətənə və gələcəyə olan ən böyük inamınızdır. Necə ki, Siz bunu daim çıxışlarınızda qeyd edirsiz: "Vətənini sevən hər bir insan gələcəyi düşünməlidir.”
Bir daha, Sizi doğum günü münasibəti ilə təbrik edir, gördüyünüz tarixi missiyada atılan hər addıma görə təşəkkür, gələcək işlərdə uğurlar arzu edirik!

Dərin hörmətlə,
Rəşad Bayramov
"Mənim Təhsilim, Mənim Gələcəyim!” 
kampaniyasının rəhbəri