Məktəbli hirsləndi, sinif yoldaşlarını güllələdi - VİDEO

Məktəbli hirsləndi, sinif yoldaşlarını güllələdi - VİDEO

Braziliyanın mərkəzindəki Qoyaniya şəhərində 14 yaşlı məktəbli sinif yoldaşlarını atəşə tutub. Gülləbaranda 2 yeniyetmə həlak olub, 4 nəfər yaralanıb.

Olay Qoyaniyadakı "Colegio Goyases" məktəbində yaşanıb.

14 yaşlı yeniyetmənin atası hərbi polisdə xidmət edir. Məktəbli atasının tapançasını götürərək çantasına qoyub və məktəbə aparıb. Orada isə tənəffüsdə sinif yoldaşlarına atəş açıb.

Məktəblilərdən birinin dediyinə görə, 14 yaşlı oğlanı sinif yoldaşları ələ salırdılar: "O, çox tərləyirdi və dezodorantlardan istifadə etmirdi. Buna görə sinif yoldaşları ona "murdar, pis qoxuyan" deyirdilər. O da inciyib, təhqirdən qəzəblənib və qisas almaq qərarına gəlib"./milli

 

7news.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məktəbli ətir vurmadığına görə sinif yoldaşını güllələdi

Подросток устроил стрельбу в школе в Бразилии, есть жертвы

Xəbər lenti